Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

 

       Lənkəran rayon, Boladi  kənd  1№-li  tam orta 

       Məktəbin  psixoloqu K. Səfərovanın  2011-2012-ci

       Tədris  ilində II  yarım   il üçün  apardığı  Psixoloji

       Xidmət  işinin   hesabatı

 “ Müəllim dünyada  yeganə  şəxsiyyətdir ki,  cəmiyyət  özünün gələcəyini,  uşaqların  tərbiyəsini yalnız  ona  etibar edir.  Şəxsən,  mənim müəllimə  həmişə  böyük hörmətim  olubdur.”                         

                                                                                             Azərbaycan  Respublikasının  ümummilli  lideri

     Biz  XXI   əsrdə  yaşayırıq. XXI   əsr  ağıl, intellekt,  psixologiya  əsridir. Bu  öz  təsirini məktəbə    göstərir. Cəmiyyət

     inkişaf etdikcə  akselerasiya  şəraitində məktəbə  Psixoloji  Xidmətin vacibliyi  diqqəti  cəlb edir.  Məktəbə  Psixoloji 

     xidmətin əsas  məqsədi   şagirdlərin hərtərəfli  psixi   psixoloji  inkişafına  nail olmaqdır.

          I yarım  ilin   hesabatında qeyd  etdiyimiz   kimi  Psixoloji  Xidmət   işi  illik    planına əsasən  aylıq   müntəzəm 

     Görülən  işlərə ayrılır. II  yarım  il üçün  müntəzəm  görülən işlərlə  yanaşı   əsas işlərimizdən  biri  I yarım  ilin  yekunları           üzrə   təlimdə geridə  qalmanın  səbəblərinin  psixodiaqnostikası    nəticələrin təhlili  idi.

          Təlimdə   geridə qalmanın  səbəblərini   araşdırmaq müntəzəm  görülən  işlər sırasına  da  daxildir. Biz  müntəzəm  təlimdə geri  qalan  şagirdlərlə fərdi   söhbətlər  aparır, səbəbi  müəyyənləşdirib,  aradan qaldırmağa  çalışırıq.   I yarım  ildə   şagirdlərin aldığı  qiymətlərə  əsasən ibdidai   siniflərdə  uşaqlar ya  bütün  dərsləri oxuyur,  ya  da  əksər  dərsləri  oxumur.  Epizodik  geridə  qalmalar  üstünlük  təşkil edir.  Geridə  qalan uşaqlarımızın  əksəriyyəti  idman, texnologiya,  musiqi  dərslərində yüksək  qiymət  alır, riyaziyyatdan,  həyat  bilgisindən aşağı  qiymətlə  qiymətləndirilir.  Hər sinifdə  ən  azı 2-3  uşaq   var ki,  əksər  dərslərdən geri  qalır.  Bu da  təbii  ki, uşağın  psixi  inkişaf səviyyəsindən,   valideynin  övladının dərslərinə    dərəcədə nəzarət   etməsindən   s  asılıdır.  Yuxarı siniflərdə  geridə  qalmalar haqqında  I  yarım ilin  hesabatında  qeyd etmişdik.  V-VII  sinif şagirdləri   ya  bütün dərsləri  oxuyur,  ya  bəzilərini  oxumur. VIII  sinifdən  artıq şagirdlər  getdiyi  ixtisasın fənnlərini  oxuyur    digər  fənnlərdən  geri qalır.  Biz  bacardıqca belə  şagirdlərlə  söhbət aparır,  onların  bütün elmlərə  yiyələnmələrinin  senzitiv mərhələsinin  indi  olması, sonra  gec  olacagından danışırıq.  Uşaqlar  bizim məsləhətlərə  qulaq  assa da,  valideynlər  bəzən buna  laqeydlik  göstərir. Biz  imkan  daxililndə geridə  qalmanın   səbəblərini aradan  qaldırmağa  çalışırıq.

         II  yarım  ildən başlayaraq   biz   yetginlik yaşına  çatmamış   şagirdlərimizlə   aparır,  onların  şəxsi  problemləri   ilə  maraqlanır, gizli  müşahidələr  aparırıq. Zərərli   vərdişlərə  ( siqaret, içki,  narkotik)  meyl etməmələri   üçün  onların əvvəlcə   bu  vərdişlərə olan  münasibətini   öyrənirik. Həmin  münasibət  istiqamətində işimizi  qururuq. 

          Kənd sosial  şəraitində  yaşadığımız  üçün   yeniyetmələr  zərərli vərdişlərin  dalınca  demək olar  ki,  getmir. Buna  baxmayaraq   biz psixoprofilaktik  tədbirlər   məqsədilə yenə    onlara siqaret  çəkməyin,   spirtli içkidən,  narkotikdən  istifadənin ziyanlı,  fəsadlı  tərəflərindən danışırıq.  Ziyanlı  vərdişlərin  ağır  xəstəliklərə  gətirib çıxarmağından,  narkomaniya  ilə ölümün  sinonim  olmasından  söhbət  açırıq.  Görkəmli mütəfəkkirlərdən   sitatlar  gətiririk. Məsələn,  İbn  Sina: “ Sərxoşluq  ziyandır,  o beyini  korlayır    qəfil   ölümə səbəb  olur.”

          Mütəmadi  keçirdiyimiz görüşlər  nəticəsində  şagirdlərimizin  fikirlərində əsaslı  dəyişikliklər  yaranır. Hətta  IX  sinifdən bir  oğlan  uşağı siqaretdən  istifadə  etdiyini  etiraf  etdi.  Bizim söhbətimizdən  sonra  bir daha  belə  hərəkətlər etməyəcəyinə  söz  verdi. 

           Digər   şagirdlərimizin  valideynləri ilə    danışırıq, siqaret  çəkən  şagirdimiz  yoxdur.  İçki   narkotikdən  istifadə  edən şagirdimiz  qəti  yoxdur. Kənddə  sosial   nəzarət güclü  olduğu  üçün  yaşlıların da  uşaqlara   müsbət tərəfdən  təsiri  böyükdür. Yetginlik  yaşına  çatmamış  şagirdlərlə  işləmək  üçün  məktəb  rəhbərliyi bizə  kömək  edir. Valideyn  iclasları  keçirilir. Bu  barədə  valideynlərə məlumat  verir    ümummilli  liderimizin   həyatından misallar  gətiririk.  Verilişlərin birində  möhtərəm  prezidentimiz   İ. Əliyev   cənabları   demişdi ki,    Bizim ailədə  böyük  məsuliyyət   kifayət  qədər azadlıq   var  idi.”  Bu  gün  həmin  tərbiyənin  nəticəsi  göz qabağındadır.  Biz   valideynlərimizə   bildiririk  ki, onlar  övladlarında  böyük məsuliyyət     kifayət qədər  azadlıq  formalaşdıra bilsələr  müstəqil  Azərbaycanımız  üçün layiqli  vətəndaşlar  yetişdirə biləcəklər.  Söhbət  zamanı atalar  sözlərindən   istifadə  edirik:“Uşaqlarınızla  elə  davranın ki,  elə  bil  əllərinizdə  quş tutmusunuz,  ovcunuzu  çox sıxmayın  quş  ölə bilər,  çox  açmayın quş  uça  bilər.”

          Məktəb  təliminə  hazırlığın  yoxlanılması  haqqında I   yarım  ilin  hesabatında  ətraflı  məlumat vermişdik.

          Aprel  ayında biz  IX  siniflərdə hansı  peşəyə  marağı öyrənmək  məqsədilə   onlar arasında  DDS (  differensial-diaqnostik  sorğu) keçirdik.  Sorğu  50 sualdan  ibarət  idi. Burada  bütün  sahələri əhatə  edən  suallar qoyulmuşdur.  Uşaqlar  bu fikirləri  diqqətlə  oxuyur, onlara  öz  münasibətini bildirirdilər.  Məktəbimizdə  3  IX  sinif   var. Uşaqların  əksəriyyəti  İnsan-Texnika,  İnsan-İnsan, İnsan-Təbiət   istiqamətlərini  seçmişdir. İnsan-İşarə  sistemi,  İnsan- Bədii obraz   istiqamətini  şeçənlər   var  idi.

         İmtahanlara  hazırlıq  dövründə psixoloji  gərginliyin   aradan qaldırılması  məqsədilə  şagirdlər   valideynlərlə   konsultativ   aparmaq   II yarım  ildə  gördüyümüz  əsas  işlərdən  biridir.   Belə  ki, psixoloji     fiziki hazırlıq   intellektual   hazırlıqdan heç    az vacib  deyil.  Stressin yüksək  həddə  çatması  intellektual  fəaliyyətin  səmərəliliyini  10%-dən   100%-ə  qədər  azalda bilər.  Bu   məqsədlə biz  şagirdlərə  həyəcanları dəf  etməyə,  stressdən mühafizə  olunmağa,  imtahan zamanı  uğur  qazanmağa  kömək  edirik.   Biz onlara   imtahana  hazırlıq dövründə  münaqişələrdən  uzaq olmağı,  düzgün  qidalanmağı, materialı  əzbərləmək  yox, başa   düşməyi,  imtahanın necə  keçəcəyi   barədə əvvəlcədən  düşünməməyi,  ancaq  oxumağı   məsləhət  görürük. Görkəmli   rus   yazıçısı L.  Tolstoy:  “ Döyüşdə  yalnız   udmağı  qarşısına məqsəd   kimi  qoyanlar  döyüşü   udur.” 

         Şagirdlərdən  başqa  biz   mümkün  qədər IX-XI   sinif   şagirdlərinin   valideynləri   ilə  danışır,  uşaqlara   mənəvi cəhətdən  kömək   etməyi, onları   mümkün  qədər  ev,  ailə   problemlərindən  uzaq tutmağı,   onlar   üçün  evdə  normal   şərait  yaratmağı   məsləhət   görürük.

          Məktəbdə   ciddi   nitq  qüsuru   olan   şagirdimiz   yoxdur. İbdidai   siniflərdə   “ r”   hərfini   deyə   bilməyən  uşaqlar   olur.  Onlar  məktəb   mühitinə   alışdıqca,  sinifdən-sinfə   keçdikcə   bu  problem   aradan  qalxır.

           Müntəzəm   görülən  işlər  haqqında   I  yarım   ilin   hesabatında  ətraflı   məlumat   vermişdik. I   yarım   ildə  olduğu   kimi,   II  yarım   ildə    Psixoloji   Xidmət    kabinetinin   tərtibi,  Gənclərin   Orduda   xidmətə   Vətəni   qorumağa   psixoloji   hazırlığı,   sağlam  psixoloji   iqlim   yaratmaq  məqsədilə   şagird     müəllim   kollektivlərində   şəxsiyyətlərarası   münasibətlərin   öyrənilməsi,   şagirdlərlə  fərdi      qrup  halında   konsultasiya,   valideynlərlə   tərbiyənin  psixoloji   problemləri   barədə     aparmaq,  təlimdə  geri   qalan   şagirdlərlə  işləmək       s  işləri   aparırıq. 

          Bunlardan   başqa   biz   bütün   yaş  dövrünü   əhatə   edən  şagirdlərlə   fərdi   şəkildə  danışır,   onların   şəxsi  problemləri   ilə   maraqlanır, onlara   düzgün   istiqamət  verməyə   çalışırıq.  Son vaxtlar   şagirdlərimizin   özünün  bizə   müraciəti   Psixoloji  Xidmətin    dərəcədə  aktual  olduğunu   üzə  çıxarır.  Artıq   şagirdlər  Psixoloji   Xidmətdən   istifadədən  çəkinmirlər.

          Ölkəmiz    inkişaf   etdikcə   insanların   fikirləri     münasibətləri    dəyişir.  Biz   inanırıq  ki,  yaxın   vaxtlarda   regionlarda da   xüsusi   Psixoloji  Xidmət   mərkəzləri   olacaq      insanlar   öz  problemlərinin   həllini   orada  tapa   biləcəklər.

 

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz