Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

            Kompüterin quruluşu  

 Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur:
Sistem bloku,


Manitor,
Klaviatura,
Mous.
Əlavə qurğular (periferiya qurğuları):
Çap qurğusu və ya printer,
Skaner,
Modem,
Rəqəm videokamerası,
Səs gücləndiriciləri və s.

Kompüterlər portativ variantda da istehsal olunur – “bloknot” (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isə klaviaturaya qapaq şəklində hazırlanır.
Manitor – kompüterdə olan informasiyaya baxmaq üçün istifadə olunur.

Klaviatura – kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşina istənilən simvolları (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyümda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn və şəkilli məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur.
Multimedia qurğusu – informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.
Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır (EHM). 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə əsasən IBM firması məşğul olur.
Sistem bloku
Kompüterin sistem bloku təşkil olunmuşdur:
Ana plata (proceccor, kontrollerlər, əməli yaddaş qurğusu (RAM), keş-yaddaş, akkumulyator batareyaları);
Proceccorları qurmaq üçün adapterlər;
Yaddaş modulu;
Daimi yaddaş qurğusu (Winchester, ROM);
Disketləri (floppi) oxudan qurğu;
CD-ROM (Conpact Disk – Read Only Memory);
Səs platası;
Qida bloku.
Prosessor – hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs – saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs.
Yaddaş qurğuları
Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar:
Əməli yaddaş qurğusu (Random Access Memory – RAM, – ) – ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.
Daimi yaddaş qurğusu (Read Only Memory – ROM, – yalnız oxumaq üçün istifadə olunan yaddaş olub, kompüterdəki bütün fayllar, qovluqları özündə saxlayır. İlk dəfə 1973-cü ildə İBM 3340 sistemin yaddaşında yaradılıb.
Disketləri (floppi) oxuyan qurğu – ilk dəfə 1971-ci ildə El Şuqart tərəfindən San-Xose-də İBM-in laboratoriyasında İBM System/370 seriyalı maşınlara tətbiq edilmişdir.
Virtual yaddaş – kompüter tərəfindən yerinə yetirilən proqramin ölçüsü ƏYQ-nun ölçüsündən böyük olduqda istifadə olunan müvəqqəti yaddaş. Məsələn, kompüterin ƏYQ-nun ölçüsü cəmi 32 ????? olduğuna baxmayaraq o, 4 Qbayta qədər virtual yaddaşdan istifadə edə bilər.
Keş-yaddaş – verilənlərin məntiqi xəzinəsi. Kompüter sorğu göndərərkən dinamik yaranır. Soruşulan adlarin təyini zamanı istifadə olunan vaxtı optimallaşdırmağa kömək edir.
Bufer-yaddaş – ƏYQ-da yerləşir, verilənlərin bir yerdən başqa yerə koçürülən zaman müvəqqəti saxlanması üçün nəzərdə tutulmuşdur.

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz