Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

 

Xocalı faciəsi

 (Ailə dramı)

  

Rəhman və Rəhimlə baslayim sözə

Yaşadıq dərdlərə hey dözə-dözə

Fəxr etdik yurdumuz, diyarımızla

Öyündük qeyrət və vuqarımızla

Xalqımız nə qədər zülüm görübdü.

Ölümdən də betər ölüm görübdü.

Göz üstündə düşmənə yer vermişik

Yaxşılıq əvəzi pislik görmüşük

O vəhşi yağılar nələr etdilər?

Şirin ömrümüzü zəhər etdilər.

Bu dəfə tarixə salaraq nəzər,

Yarandı gözümdə canlı bir əsər.

Günahsız qaçqınlar çıxmır yadımdan,

Ayıl ey millətim bu fəryadımdan .

Yazıram sözümü hər vətəndaşa,

Ömür az olsada kişi tək yaşa.

Kiminin anası, kiminin yarı,

Düşməndə qalıbdı oyanın barı

Bu xalqın taleyi belə uğursuz

Nifrəti, qəzəbi necə boğursuz?

Hanı qoç Koroğlum,hanı Babəkim

Səsləyim onları bir haray çəkim

Qoy qulaq assınlar bu söhbətimə

Yağılar zülm edir məmləkətimə

Olmuş hadisəni nağıl eyləyim

Qəlbimi boşaldıb size söyləyim

Əli Xocalıya alıb təyinat

Müəllim işləyirdi burda çox rahat

Bu orta məktəbdən xoşlandı düzü

Fəridə müəlliməyə düşmüşdü gözü

Sevgili oldular onlar nəhayət

Evlənib qurdular gözəl ziyafət

Sevənlər içinə düşdü adları

Fuad da doğuldu ilk övladları

Beş il sonra Ləman gəldi dünyaya

Ailənin sevinci ucaldı aya

Xoşbəxt yaşadılar deyib güldülər

Olanda dərdini birgə böldülər

Üstündən on ildə keçdi beləcə

Gör Allah qisməti yazılıb necə

Günlər bir-birini əvəz edirdi

Fevralın sonuna doğru gedirdi

Xocalıya soxulmuşdu erməni

Deyirdi bu torpaq mənimdir yəni

25 fevralda, bax, həmən gecə

Həmən “qan içənlər” gəlmişdi gücə

O günü Əli də evə gəlirdi 

Fəridə  Fuada dərsöyrədirdi

Ərini gördükdə durdu ayağa

Süfrə qoymaq üçün gəldi qabağa

Əli “toxam” deyib bir çay istədi

Fəride çay verib bir pay istədi

Bir öpüş payıydı onun adəti

Uşaqlar görməsin öpdü xəlvəti

Sən demə bu öpüş son öpüşüydü

Əlinin evdəki son gorüşüydü

Fəride Əliyə diqqətlə baxdı

Əlinin gözündən damcılar axdı

Fəridə söylədi nə olub əzizim

Dedi: həyəcandan titrəyir dizim

İki gecə əvvəl pis yuxu gördüm

Səni öldürdülər sonra mən öldüm

Deyəsən bu gece çıxacaq yuxum

Nə təhər eyləyim necə vurnuxum

Erməni dığalar giribdi kəndə

İndidən vəsiyyət eyləyim mən də

Al bu tüfəngimi götür özünlə

Fuadı Ləmanı apar izinlə

Düşmən yaxınlaşsa sizlərə əgər

Tüfənglə qızımı öldür, müxtəsər.

Sonra da özünə vurub gülləni

Bir sözlə qeyrətsiz etməzsən məni

Mənsə son anadək vuruşacağam

Qeyrətim pakdırsa demək ki, sağam.

Əlinin yarıda qaldı söhbəti

Düşmənler başladı bu müsibəti

Gecə sükutunu pozdu güllələr

Göylərə ucaldı ahu-nalələr

Əli də tələsik yır-yığış etdi

Nəhayət ayrılıq məqamı yetdi

Dediki Fəridə qulaq as mənə

Demişəm bir dəfə deyirəm yenə

Düşmənin əlinə sağ vermə qızı

Ölsəndə tək-tənha göndərmə qızı

İndi gəl ayrılaq getməlisiz siz

Gedərkən düşmənə buraxmayın iz

Bu qarlı, boranlı bir qış gecəsi

Kəsilmir ətrafdan güllənin səsi

Fəridə, Fuad və bacısı Ləman

Getməyə qoymurdu onları tufan

“Qaçqın karvanı”na qoşulmuşdular

Uşaqlar anadan bərk tutmuşdular

Fəridə arabir dala çönürdü

Alovlanmış kəndlərini görürdü

Nəfəs kəsilirdi o gedə-gedə

Bronxlardan xəstə idi Fəridə

Artıq son nəfəsdə belə söylədi

Əli edən vəsiyyəti eylədi

Fuada tapşırdı, al bu tüfəngi

Ömrümün çalınır sonuncu zəngi

Ey oğul bacından olki muğayat

Düşmənin əlinə vermə salamat

Öldür öz bacını üzmə özünü

Yaddan çıxartma sən ata sözünü

Fuad ağlayaraq qışqırdı “ana!!!”

Axıtdı gözündən yaş yana-yana

Ana qurban olum ölmə nə olar

Balaca Ləmanın köməksiz qalar

Söylədi, qışqırdı Fuad ucadan

Bir sürü erməni çıxdı qayadan

Əcaib-əcaib bərk gülürdülər

Sanki tapmışdılar iz, gəlirdilər

Fuad xatırladı atasın sözün

Tüfəngi tuşladı yumaraq gözün

Öz doğma bacısın al-qan eylədi

Gözünün yaşını giryan eylədi

Ləman, Ləman deyib çağırdı Fuad

Köməyə çatan yox, eylədi imdad

Sərildi Ləmanın üstünə o da

Keçmiş günlərini salaraq yada

Hönkürüb ağladı göz yaşı tökdü

Fuadın gözunə qaranlıq çökdü

Onu da don vurub dondurmuş idi

Əbədi dünyaya qovuşmuş idi

Əsdi qara yellər, çalındı neyi

O xoşbəxt ailənin bu cür taleyi

Bu cür bir qisməti var imiş demə

Çevrildi hamısı qurd-quşa yemə

Neçə ailə dağıldı bil həmən gecə

Bu millət bunları unutsun necə?

Təəssüf unudurlar çoxları bunu

Nəhayət çatıbdır yazımın sonu

Yazmaqla bilinki budur niyyətim

Unutmasın bu tarixi millətim

Yüz dəfə sevinib, gülsəkdə qardaş

Bir dəfə gözümüzdən axmalıdı yaş

Neçə şəhidimiz qaçqınımız var

Bunları düşünək gizlin və aşkar

İntiqam hissiylə doludur ürək

Oxucum sözümü anlasın gərək

Düşmənə göstərək hünərimizi

Tezliklə çalarıq zəfərimizi

Bununçün Allaha yalvarıram mən

Rəhman Rəhimlə də qurtarıram mən.

                                     

Eldar İlqaroğlu        26.02.2005

 

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz