Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

                                  Böyükağa Talışxanov

Böyükağa Sultan oğlu Talışxanov Lənkəranda ilk maarif işığı yandıranlardan biri olmuşdur. 1882-ci ildə Lənkəran rayon Boladi kəndində anadan olmuş, ilk təhsilini mədrəsədə almış, , sonralar Bakıda böyük dramaturq-yazıçı S.S.Axundovun müddir olduğu rus-müsəlman məktəbində oxumuşdur. Bakıda təhsil aldığı müddətdə ədəbi yaradıcılıqla da məşqul olmuşdur. 19922-ci ildə kəntdə fəaliyyətə başlamış dördsinifli birinci dərəcəli Şura Zəhmət məktəbi Böyükağa Talışxanovun adı ilə baölıdır. 1928-ci ilədək məktəbin direktoru olmuşdur. Kəntdə dərs deyərkən talış floklarından nümünələr toplamış, dövrü mətbuatda şer və məcmuələri dərc olunmuşdur. . Vaxtı ilə ADR-in yaradıcısı Məmmədəmin Rəsulzadə ilə yaxınlıq etməsi və Musavat Partiyasında fəaliyyət göstərməsi sürgünə göndərilməsi üçün bəhanə olmuşdur. Ölümündən sonra -1956-cı ildə ona bəraət verilmışdir.

                            Aslanov Şəkər Mirzə oğlu 
Aslanov Şəkər Mirzə oğlu - şair, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1978).
Həyatı

Şəkər Aslan 1935-ci il oktyabrın 10-da Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Boladi kənd, Port-İliç qəsəbə və Lənkəran rayon mədəniyyət evlərində kino nəzarətçisi vəzıfəsində işləmişdir (1955-1959). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində qiyabi təhsil almışdır. Ədəbi fəaliyyətə "Sosialist subtropikası" Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şerilə başlamışdır. Sonralar "Leninçi" adı ilə nəşr olunan həmin qəzetin redaksiyasında ədəbi işçi (1964-1968), Azərbaycan KP Lənkəran rayon komitəsində təlimatçı vəzifəsinə işləmişdir. 1970-ci ilin sentyabrından "Leninçi" qəzetinin redaktoru işləyir. "Sən kimsən, Ata?" (1982), "Birtərəfli hərəkət" (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Lənkəran şəhər Sovetinin deputatı seçilmişdir (1982). Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Gənc yazıçıların Moskvada keçirilən V Ümumittifaq müşavirəsində iştirak etmişdir (1969).AYB-nin Lənkəran şöbəsinin sədri və "Şəfəq" jurnalının baş redaktoru olmuşdur (1994-95).

1995-ci il iyulun 13-də vəfat etmişdir.

Əsərləri
1.Bahar yağışı. Bakı: Azərnəşr, 1964, 56 səh.
2.Ürəyimi açıram. Bakı: Gənclik, 1967, 52 səh.
3.Sənə nəğmə deyirəm. Bakı: Gənclik, 1967, 44 səh.
4.Məhəbbət fəsli. Bakı: Azərnəşr, 1973, 84 səh.
5.Sevgi günü. Bakı: Gənclik, 1980, 120 səh.
6.Səni sevdiyim gündən. Bakı: Gənclik, 1980, 120 səh.
7.Döy mənim qapımı. Bakı: Yazıçı, 1986, 136 səh.
8.Dünyanın sevincləri. Bakı: Gənclik, 1987, 90 səh.

                     Altay Mehdiyev

A.Mehdiyev Lənkəran rayonun Boladi kəndindəndir. Naxçıvana göndərilənədək Beyləqan hərbi birləşməsinin tabeçiliyində olan motoatıcı briqadanın komandiri vəzifəsini icra edib. Briqada komandiri kimi Qarabağ savaşında şəxsən iştirak edib. Mərhum dövlət başçısı Heydər Əliyev A.Mehdiyevi şəxsən tanıyıb və ona etibar edib. General-mayor rütbəsini də 2002-ci ildə ona H.Əliyev verib. Heydər Əliyev Naxçıvanda olarkən hərbi korpusa gedib. Orada korpus komandiri general-leytenant Kərəm Mustafayevin müavini olan Altay Mehdiyevin polkovnik rütbəsi daşımasından təəccüblənib. Dövlət başçısı Mehdiyev, sən bu gündən mayorsan» deyəndə Altay Mehdiyev bir az narahat olub. Düşünüb ki, Ali Baş Komandan onun pilləsini aşağı endirib. Heydər Əliyev ardınca gülərək «təbrik edirəm, general-mayor» deyə əlavə edib.


Nəzərə almaq lazımdır ki, Naxçıvan korpusu mini - müdafiə nazirliyidir və belə bir qurumun qərargah rəisi olmaq asan məsələ deyil. Mehdiyev bu işin öhdəsindən məharətlə gəlib. Füzuli istiqamətində işğal olunmuş bəzi ərazilərin azad olunmasında Altay Mehdiyevin rəhbərlik etdiyi briqadanın da dəstəyi olub.

"MilAz" İnformasiya Agentliyinin keçirdiyi "İlin hərbçisi" internet sorğusunun 23 dekabr saat 10.00-a olan nəticələrinə görə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı əvəzi general-mayor Altay Mehdiyev respondentlərin 21 faiz səsini (145 səs) toplayaraq liderdir. Ondan sonrakı yerləri isə Dövlət Müdafiə Nazirliyi Hərbi Elmi Mərkəzin keçmiş rəisi, hazırda nazirliyin sərəncamında olan general-leytenant Kərim Vəliyev və Azərrbaycan Ali Hərbi Məktəbinin keçmiş rəisi, hazırda Naxçıvandakı hərbi birləşmənin qərargah rəisi olan general-mayor Heydər Piriyev hərəyə 81 səs olmaqla bölüşdürürlər. Ümumiyyətlə, sorğuya Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən 18 generalın adı salınıb. İndiyə kimi sorğuda liderliyi H.Piriyev saxlamışdı.

                               Məsud Mahmudov

 Anadan olduğu yer: Azərbaycan Respublikası, Lənkəran r., Boladi k.
Təvəllüdü: 03.05.1951
Təhsili:
Azərbaycan Dövlət Universiteti, Azərbaycan dili və ədəbiyyatı
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:
10.02.06 - Türk dilləri; 10.02.19 - Dil nəzəriyyəsi
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:
113, 8 monoqrafiya, 11 kitab, 94 məqalə və tezis

Xaricdə çıxmış elmi əsərlərin sayı: 13
Əsas elmi nailiyyətləri:
Türk dillərinin formal təhlili sistemini işləyib hazırlamışdır. Formal təhlil sistemi bütün dil səviyyələrini əhatə edir. Kompyuter dilçiliyi, maşın tərcüməsi sisteminin hazırlanması, statistik, leksikoqrafiya tezlik lüğətləri, əks lüğətlər, avtomatik lüğətlərin tərtibi ilə əlaqədar tədqiqatları vardır. Azərbaycan dilinin xaricilərə tədrisi ilə bağlı dərslərin hazırlanması, orfoqrafiya, qramatika ilə bağlı məqalələri çap olunmuşdur. Onun həmmüəllifi olduğu "Bitişik, yoxsa ayrı?"sorğu lüğəti və "Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət" bir neçə dəfə çap olunmuşdur.



Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 14
elmlər doktorlarının sayı: 4
Əsas elmi əsərlərin adları:

Система автоматической переработки тюркского текста на лексико-морфологическом уровне. Баку, "Елм", 1991, 143 стр.


Автоматический анализ тюркской словоформы (на материале азербайджанских газетных текстов). В сб.инженерная лингвистика и теория проподавания иностранных языков, Ленинград, 1980, 116-126 стр.

Разработка систем формального морфологического анализа тюркской словоформы. Вопросы тюркского языкознания. "Наука", Алма-Ата, 1985, 113-125 стр.


Kitabi-Dədə Qorqudun statistik təhlili. Bakı, "Elm", 1999,10 s.

Mətnin formal təhlili sistemi "Bakı", "Elm", 2002

Azərbaycan dilinin əks əlifba lüğəti. Bakı, 244 s., "Nurlan", 2004, 524 s.

Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri), Bakı, “Elm”, 2010, 464 s.
Pedaqoji fəaliyyəti:
Bakı Dövlət Universiteti (1985-1986), Lənkəran Dövlət Universiteti (1999-cu ildən indiyə qədər), Xəzər Universiteti (2000-2006)
İş yeri: AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu,
Vəzifəsi: Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini

                             Bagdad Məhərrəmov      

  BagdadMeherremov respublika huquq muhafise orqanlarında Boladi kendinden olan ilkprokurordur.Azerbaycan  DovletUniversitetinin huquq  fakultesinebitirdikden sonra (1938)Astara ve Kelbecer rayonlarının prokuroru işlemiş,1943- cü ildə Leninqrad ətrafındakı döyüşlərdə həlak olmuşdur.                       

 

  Arif Əsgər oğlu Talışxanov            

  Arif Əsgər oğlu Talışxanov Rusiya Hərbi-DənizDonanmasının kontr-admiralıdır. Dünyanın bütün okean sularında üzmüş, mühümdövlət tapşırıqlarını yerinə yetirmisdir.  

 

   Zamin Mirəli oğlu  Hüseynov    

 SSRİ-nin Əməkdar səmərələşdiricisi,respublika Dövlət mükafatı laureatı Zamin Mirəli oğlu Hüseynov Sumqqayıtşəhərində müxtəlif sənaye müəsisələrində rəhbər vəzifələrdə işləmişdir.                                                                                               

         Həşimov Elşən Qiyas oğlu  

 Həşimov Elşən Qiyas oğlu 1988 – ci ildə Boladi kənd orta məktəbini bitirmiş, Xarkov şəhərində yerləşən Raket Qoşunlarının Ali Hərbi Komandirlər-Mühəndislər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Ukrayna Silahlıqüvvələrində aparılan struktur islahatlarından sonra təhsilini Xarkov Hərbi Universitetində davam etdirmiş və 1994-cü ildə oranı “qızıl medalla” və fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir. Rəisləri onu buraxılışdan sonra Universitetin adyunkturasında (aspiranturada) saxlamaq istəsələr də, o, imtina etmiş, qoşunlarda – raket diviziyasında xidmət etmişdir. 1995-ci ildə qəbulimtahanlarını əla qiymətlərlə verərək əyani adyunkturaya qəbul edilmiş, 1998-ciildə oranı müvəffəqiyyətlə bitirərək həmin Universitetin müəllimi kimixi dmətini davam etdirmişdir. 1998-ci ilin dekabrında dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən “texnika elmləri namizədi” alimlik dərəcəsinə və diplomuna layiq görülmüşdür.

1999-cu ildə Ukrayna Silahlı qüvvələrində müqavilə müddəti bitdikdən sonra məktubla Respublika prezidentinə müraciət etmiş, Vətəndə xidmət etmək arzusunda olduğunu bildirmişdir. Alı Baş Komandanın tövsiyyəsi ilə Vətənə qayıtmış, dərhal da Hərbi Ali Məktəbdə xidmətə başlamışdır. 2002-ci ildən Ali Hərbi Məktəbdə kafedra rəisinin müavini, 2007-ciildən kafedra rəisi vəzifəsini icra edir.

2010-cu ildə “Dosent” elmi adına layiq görülmüşdür. Xaricdə və respublikanın dövri mətbuatında mütəmadi olaraq elmi və elmi-metodiki məqalələri ilə çıxış edir. Dərc edilmiş 50-dən çox elmi məqalənin, dərslik və metodiki vəsaitlərin müəllifidir.

 VəliağaƏsgər oğlu Cavadov                                                           

 Vəliağa Əsgər oğlu Cavadov respublikanınƏməkdar aqronomu (19

  Əliməməd İsa oğlu Ağayev

Əliməməd İsa oğlu Ağayev respublikanın Əməkdarmüəllimi (1987) 

       Nuru Əsədulla oğlu Cavadov  

  NuruƏsədulla oğlu Cavadov respublikanın Əməkdar təbliğatçısı (1982) 

   Musa Əli oğlu Babayev    

Musa Əli oğlu Babayev SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

  Seyidağa Sail oğluHəmidov  

   Fizika-Riyaziyyat Elmləri Doktoru, Professor SeyidağaSail oğlu Həmidov N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji UniversitetiRiyaziyyat və onun İbtidai Kursunun Tədrisi Metodikasi kafedrasinin  müdürüdür.                                          

     Səyadulla Musa Oğlu Babayev    

 Filologiya elmləri namizədi, Professor Səyadulla MusaOğlu Babayev Azərbaycan Özəl Universiteti Praktik ingilis dili kafedrasinin müdürü,Azəirbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu ingils dili kafedrasininprofessorudur.  

  Məryəm Rzabala qızı Şəfiyeva    

 Məryəm Rzabala qızı Şəfiyeva Biologiya elmləri namizədidir,                               

  Arif Hüseyn oğlu Heydərov    

Arif Hüseyn oğluHeydərov Riyaziyyat Elmləri Namizədidir 

    Mirbaba Sultan oğlu Babayev  

 Mirbaba Sultan oğluBabayev Riyaziyyat Elmləri Namizədidir 

     İlham Sənan oğlu Axundov  

  İlham Sənan oğluAxundov Riyaziyyat Elmləri Namizədidir

   Şəmsəddin Naib oğluAbdullayev  

 Şəmsəddin Naib oğlu Abdullayev Tibb Elmləri Namizədidir

   Atakişi Vəli oğlu Cabbarov      

 Kimya elmləri doktoru,Professor Atakişi Vəli oğlu Cabbarov. Aşqarlar  zavodunun direktoru İşləmişdir.

   Şaiqə Həmzə qızı İsgəndərova    

 ŞaiqəHəmzə qızı İsgəndərova şair və jurnalistdir

 

 

 

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz