Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

Zaur Elxan oğlu Həsənov  (Boladi sakini)



“DANQ!DANQ!”layan, “DANQA”lanan jurnalistikamız...

Ayrı bölgələrdə bilmirəm,bizim Talış bölgəmizdə əvvəllər iri dəmir xırda pula “danqa” deyərdilər.İndi xırda olmadığındanmıdır,ya da cibimizdə heç pul olmadığındanmıdır ya nədir bu sözə az-az rast gəlirəm.Niyə bu məsələyə toxundumun səbəbini yazını(yazı da deyən də ki,sadəcə ürəyimdəm keçənlərdir) tam oxuduqdan sonra anlayarsınız...




İndi mətbuatımız çox operativdir.Hara baxırsan “Danq!Danq!”.Kim kimə atdı,kim kim ilə yatdı,kim nəyini neçəyə aldı,neçəyə satdı...hər yerdə də “Danq!Danq!”...Və təbii ki idman jurnalistlərimiz də bu sahədə digər kollegiyalarından geridə qalmırlar...Ərə getməyib evdə qarıyan qızlar kimi heç kimə lazım olmayan pas atmış futbolçularımız hər transfer pəncərəsi açılanda az qalır “Real”a, ”Barselona”ya, ”M.Yunayted”ə,nə bilim daha kimlərə kimlərə sırıyırlar. Messinin,Ronaldonunun və s.nin “gözəlçələrindən”, evlərindən,maşınlarından,uşaqlarından xəbər verirlər.Kimisi idmanımızın “analoqsuz” inkişafından yazır,kimisi reklam almaq üçün hansısa klub rəhbərliyinin “dahi” xidmətlərindən.Nə isə,öz işləridir.Kim kimə girir,kim kimə minir...
Əsas olan odur ki bu jurnalistlərin ən çox sevdikləri “Xəzər-Lənkəran”la bağlı mövzu tapmaqdır. “Xəzər-Lənkəran”a aid olan hər bir məlimatı dərc etməyə alışıb yanırlar.Çünki yaxşı bilirlər ki tələbkar və çılğın “Xəzər-Lənkəran” azərkeşi cibindəki son qəpiyini də verib ya o qəzeti alacaq,ya da internet kluba gedib o məlumatı əldə edəcək..Bu səbəbdən də hamı komandamız barədə olan məlumatları (çox vaxt da yalan-doğrusuna varmadan) o xəbəri birinci verməyə çalışır.Hətta çox vaxt turlar,oyunlara təyinat almış hakimlər,statistika barədəki məqalələrin başlığı “Xəzər-Lənkəran”ın adı ilə bağlı verilir ki daha çox azərkeş oxusun.Sən demə həmişə belə deyilmiş.Düzü vərdiş etmişik buna-“Xəzər-Lənkəran” azərkeşləri Məşədi İbad demişkən “bir no adətkərdə olmuşuq” ki komandamıza qarşı olan haqsız hücumlar və ədalətsizliklər barədə əksər jurnalistlər susur.Amma iş bundadır ki bu günlərdə mətbuata əsl “DANQ!DANQ!”a səbəb olmağa layiq bir sənəd sızdı-Julios Vobayın 31.12.2012ci il tarixədək “Xəzər-Lənkəran”a aid olduğu barədə müqavilə.Həmişə komanda rəhbərliyini qeyri-peşəkarlıqda suçlayanların gölünə nə üçünsə bu dəfə elə bil daş atdılar.Heç kimdən səs çıxmadı.Hər şeyi anlayırıq,amma bunu məhşur bir komediyamızda deyildiyinin əksinə olaraq “birdən” deyil,yavaş-yavaş anladıq.Anladıq ki o super “operativ”,”demoktarik”,”bitərəf” hesab etdiyimiz jurnalistlərimiz heç də belə deyillərmiş.Deyirəm yaman avam adamlar imişik biz “Xəzər-Lənkəran” azərkeşləri.Bir gör nə qədər avamıq ki bu neçə illəri mərkəz tərəfindən komadamıza edilən hər cür təzyiqlərin səbəbini hələ də anlamamışıq.Anlamışlar da qorxularından deyə bilmirlər yəqin...
Nə isə...nə başınızı ağrıdım,oturub məşvərət edib belə qərara gəldik ki fb-da olan səhilərimizin birində bu sənədin kopyasını qoyaq və ona tanıdığımız,hörmət etdiyimiz jurnalistləri fb dili ilə desək “tağ” edək.Dedik baxma da,hamısı iş adamlarıdır,yəqin vaxtları olmadığından bu sənəd barədə eşitməyiblər, görməyiblər.Sənədi qoyduq,”tağ”ları etdik,və...”DANQ!DANQ!” oldu.Amma tək bizim üçün.Kimisi “tağ”ı,pozdu,kimisi profilinə buraxmadı. Vay-vay...Heç gözləməzdik sizdən,ey “bitərəf” jurnalistlər.Sən demə bunların çoxu “bir tərəf” imiş.Ay kişilər,demək sizdə də “kto plotit,tot i zakazıvaet muzıku” prinsipi imiş.Sizlərdə kimlərin isə o sənədi sizin fb “divar”ınızda görəcəyindən qorxmaq qədər “cürətiniz” var imişsə mənim daha sizlərə deməyə sözüm yoxdur.Onda vay bizim jurnalistikamızın da halına,futbolumuzun da halına ! Qalanlarını heç demirəm də...
Ay kişilər,adam işləyər də,işinə görə pul da alar,lap çox olmasın,”danqa” da alar.Nə olar “danqa” alanda? Əsas odur ki halal olsun.Yoxsa bir tərəfə yazmaqla,zakazla yox.Onda siz jurnalist deyil,”DANQA” kimi xırdalanmışlar olarsınız .Heç o xırda pul qədər də hörmətiniz olmaz Vallah.
Bilirəm indi içinizdən çıxıb,”o sənəd saxtadır”,biz onu verə bilmərik deməklə yaxasını qırağa çəkmək istəyənlər də olacaq(onda buyurub “Xəzər-Lənkəran”ın əməkdaşları ilə əlaqə saxlayaydınız,bir soraydınız).XUB ! Olsun! Onda bu sizin əlinizə “DANQ!DANQ!” etmək üçün daha bir gözəl fürsət verərdi.Danq-danqladın da bütün ölkəni-“Xəzər-Lənkəran”da saxta sənəd ! Edə bilməzsiniz axı ! Çünki hamınız bilirsiniz ki saxta deyil o sənəd.Çünki hamınız bilirsiniz ki AFFA və PFL-də “Xəzər-Lənkəran”a düşmən münəsibət bəsləyənlər oturub.Çünki hamınız bilirsiniz ki o sənədin üzə çıxıb bu məsələdə ədalətin zəfər çalması sizə “DANQA” verənlərin mənfur planlarını poza bilər.Niyə poza bilər yazdıım? Çünki bu gün “Xəzər-Lənkəran”a düşmən olanların əlləri çox uzundur.Amma unudursunuz ki HAQQ deyilən bir şey də var.Və HAQQ bir gün bu uzun əlləri də kəsməyə qadirdir və kəsəcək da,hökmən kəsəcək(necə ki 6 xal məsələsində gec də olsa kəsdi).BUNU HEÇ VAXT UNUTMAYIN !
Rus demişkən,”tak çto” ay kişilər və xanımlar bu gündən nə “DANQ!DANQ!”layın,nə də “DANQA”lanın.HAQQ yazın.Qoy HAQQ olan ALLAH da sizinlə olsun!
  ALLAH AMANINDA !    

Hacı Zaur 

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz