Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

                 Yalçın Rzazadə

  Yalçın Rzazadə 1946-cı ildə Bakıda anadanolsada , əslən Lənkəran rayonun Boladi kəndindəndir.. Mədəniyyət və İncəsənət Universitetini və Bakı Musiqi Akademiyasını bitirib. 1979-cu ildə əməkdar artist, 1999-cu ildə xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsüdür. Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir.Tory Lane ilə Evlidir, üç övladı var

Karyerası

Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə - aktyorluq fakültəsinə gətirib çıxarır. Hələ Universitetdə təhsil aldığı illərdə rejissor olmaq arzusunda olan Yalçın Rzazadə Azərbaycan Dövlət TeleRadio Komitəsində - rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. TeleRadio Komitədə çalışdığı illərdə Yalçın Rzazadənin Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur. Ardınca, Azərbaycan Dövlət Konservatoriyasına – vokal fakültəsinə daxil olur və təhsilini qırmızı diplomla yekunlaşdırır. Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub. 70-ci illərin əvvəlində Yalçın Rzazadə Azərbaycanda yeni yaradılan və artıq populyar olan digər ansambllara da dəvət almağa başlayır. “Dan ulduzu”, Tofiq Əhmədovun rəhbərlik etdiyi “Estrada Simfonik Orkestri”, Əhsən Dadaşovun rəhbərlik etdiyi “Xalq çalğı alətləri orkestri”, Vaqif Mustafzadənin “Sevil” ansamblı – Yalçın Rzazadənin solisti olduğu ansambllar idi. Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. SBu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. Sovet dövründə çəkilən Azərbaycan filmlərinin musiqiləri demək olar ki, bir neçə əsas müğənnilərə tapşırılırdı. “Dədə Qorduq”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

Hal-hazırda xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Filmoqrafiya
Toyda görüş (film, 1970)
Payız melodiyaları (film, 1974)
Dədə Qorqud (film, 1975)
Səni tərənnüm edirəm, Vətən! (film, 1975)
Bayquş gələndə (film, 1978)
Qayınana (film, 1978)
Od içində (film, 1978)
Yalçın (film, 2004) 

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz