Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

                               FƏXRİ HƏMYERLİLƏRİMİZ 

                                     Böyükağa Talışxanov

Böyükağa Sultan oğlu Talışxanov 1882-ci ildə Lənkəranın Boladi kəndində ziyalı ailəsində doğulub. Atası Sultan bəydən ərəb və fars dillərini öyrənən Böyükağa ilk təhsilini o vaxt Lənkəranda gözəl etnoqraf və folklorşünas alim kimi tanınan Teymurbəy Bayraməlibəyovun açdığı rus məktəbində almışdır. Onun elmə, biliyə böyük marağı, çalışqanlığı nümunəvi davranışı Teymurbəyin ürəyinə yatır və onların münasibəti şagird-müəllim münasibətlərindən çıxıb, ata-oğul münasibətlərinə çevrilir. Müəllim şagirdinin poeziyaya olan həvəsini daha da qüvvətləndirir. T. Bayraməlibəyov şagirdini həmin illərdə Lənkəranda fəaliyyət göstərən tanınmış şair Mirzə İsmayıl Qasirin rəhbərlik etdiyi “Fövcül-füsəha” (“Natiqlər yığıncağı”) ədəbi məclisinə gətirir. Böyükağa bəy azərbaycan və talış dillərində yazdığı şeirləri ilə həmin məclisin ən fəal üzvlərindən birinə çevrilir.

Teymurbəyin təklifi ilə Böyükağa bəy təhsilini davam etdirmək qayğısına qalır, Bakıya gedir. Burada hökm sürən süründürməçilik, rüşvətxorluq, insan hüquqlarının kütləvi pozulması halları gənc maarifçi şairin içində etiraz hisslərini gücləndirir. Onun bu etirazından qaynaqlanan şeirləri “Həyat”, “Şəlalə”, “Qurtuluş”, “İqbal”, “Tərcüman”, Hindistanda çıxan “Həblu-lmətin”, İrandakı “Nasiri”, Misirdə çap olunan “Çöhrənnuma” qəzetlərində dərc olunur.

Vətənini azad, suveren görmək arzusu onu bu ideyaları reallaşdırmaq uğrunda çarpışan Müsavat Partiyası ilə yaxınlaşdırır. O, partiyanın öndəri, Azərbaycan Milli Demokratik Hərəkatının başçısı Məmmədəmin Rəsulzadə ilə gizli əlaqə qurur.

Azərbaycanda ilk demokratik cümhuriyyətin yaradılması Böyükağanınn böyük sevincinə səbəb olur. O, təhsilini yeni açılmış Bakı Dövlət Universitetində davam etdirir. Təhsilini başa vurduqdan sonra Böyükağa doğma Boladi kəndinə qayıdır. Məzlum kəndli balalarını başına yığıb onlara elm, bilik öyrədir.

O dövrdə uşağını məktəbə qoymaq istəyənləri barmaqla saymaq olardı. Ən böyük çətinlik isə siyasi ab-havanıın tez-tez dəyişməsi, dünənki vətənpərvərin alnına bu gün düşmən damğası vurulması, təqib edilməsi idi. Çoxları belə məqamda başını itirir, qibləsini dəyişir, dediyini danır, dandığını isə deyirdi. Yalnız güclü, əqidəli insanlar öz mənliyini qoruyub saxlayırdı.

B. Talışxanov da belə insanlardan idi. O, öz amalına axıradək sadiq qaldı, uşaqlara bilik aşılamaq vəzifəsini layiqincə yerinə yetirdi.

1922-ci ildə onun böyük səyi nəticəsində Boladi kəndində dördsinifli birinci dərəcəli Şura Zəhmət Məktəbi açıldı. Böyükağa müəllim 1926-cı ilədək bu məktəbin direktoru işlədi.

O deyərdi: “Öz dili olmayan cəmiyyət ölüdür”. Əslən ərdəbilli şahsevənlərdən çıxmıış bir nəsildən olsa da, o vaxt Qəza Maarif Şöbəsinin müdiri olmuş Zülfüqar Əhmədzadənin köməyi ilə xüsusi proqram hazırlayıb bölgənin etnolingvistik qrupdan olan uşaqlarına talış dilinin qrammatikasını öyrədir, onlara öz doğma dilini dərindən mənimsəmək vərdişini aşılayırdı. Böyükağa müəllim vaxtının çox hissəsini talış dilində zəngin folklor nümunələrini toplamağa sərf edirdi.

O, yaradıcılıqla da məşğul olur, şeirləri “Siə Talış” (“Qızıl talış”) rayon qəzetində müntəzəm işıq üzü görürdü. Həmin şeirlər maarifpərvər ziyalının adını daşıyan nəvəsi Böyükağa Sultanovun şəxsi arxivində bu gün də qorunub saxlanılır. Azərbaycanın Tədqiqi və Öyrənilməsi Cəmiyyətinin xətti ilə respublikamıza gələn rus alimi V. Miller 1925-ci ildə Lənkəranda olarkən B. Talışxanovla tanış olmuş və bu tanışlıqdan xeyli bəhrələnmişdir. V. Miller öz xatirələrində lənkəranlı müəllimin adını böyük ehtiramla çəkir.

Çox təəssüf ki, repressiya dövrünün acı küləyi öz xalqının ziyalanması üçün əlindən gələni əsirgəməyən maarifpərvər ziyalı B. Talışxanovdan da yan keçmədi. O, Müsavat Partiyasına meyl göstərməkdə, onun lideri M. Rəsulzadə ilə gizli əlaqələr saxlamaqda günahlandırıldı, 1927-ci ildə 45 yaşında tutularaq Bakıya aparıldı və bir daha geri qayıtmadı.

Biz B. Talışxanovun timsalında xalqın gözünü açan müəllim, gözəl şair və bir təbibi (bitkilərlə müalicə edirdi) itirdik. İxtiyar qocalar, ağbirçəklər, hətta onun adının yasaq edildiyi dövrlərdə belə bir ziyalını böyük insan adlandırır, onun erkən itkisi ilə əlaqədar böyük təəssüf hissi keçirirlər.

 

Böyükağa Sultan oğlu Talışxanov   Lənkəranda ilk maarif işığı yandıranlardan biri olmuşdur.  1882-ci ildə Lənkəran rayon Boladi kəndində anadan olmuş, ilk təhsilini mədrəsədə almış, , sonralar Bakıda böyük dramaturq-yazıçı  S.S.Axundovun müddir olduğu rus-müsəlman məktəbində  oxumuşdur.  Bakıda təhsil aldığı müddətdə ədəbi yaradıcılıqla da məşqul olmuşdur.  19922-ci ildə kəntdə fəaliyyətə başlamış dördsinifli birinci dərəcəli Şura Zəhmət məktəbi  Böyükağa Talışxanovun adı ilə baölıdır. 1928-ci ilədək məktəbin direktoru olmuşdur.  Kəntdə dərs deyərkən talış floklarından nümünələr toplamış, dövrü mətbuatda şer və məcmuələri dərc olunmuşdur. . Vaxtı ilə ADR-in yaradıcısı Məmmədəmin Rəsulzadə ilə yaxınlıq etməsi  və Musavat Partiyasında fəaliyyət göstərməsi sürgünə göndərilməsi üçün bəhanə olmuşdur. Ölümündən sonra -1956-cı ildə ona bəraət verilmışdir.

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Məktəbimizin facebook səhifəsi

 https://www.facebook.com/groups/221262961260914/ 

free counters
Создать бесплатный сайт с uCoz