Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

      Məsud Mahmudov

Anadan olduğu yer: Azərbaycan Respublikası, Lənkəran r., Boladi k.
Təvəllüdü: 03.05.1951
Təhsili:
Azərbaycan Dövlət Universiteti, Azərbaycan dili və ədəbiyyatı
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:
10.02.06 - Türk dilləri; 10.02.19 - Dil nəzəriyyəsi
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:
113, 8 monoqrafiya, 11 kitab, 94 məqalə və tezis

Xaricdə çıxmış elmi əsərlərin sayı: 13
Əsas elmi nailiyyətləri:
Türk dillərinin formal təhlili sistemini işləyib hazırlamışdır. Formal təhlil sistemi bütün dil səviyyələrini əhatə edir. Kompyuter dilçiliyi, maşın tərcüməsi sisteminin hazırlanması, statistik, leksikoqrafiya tezlik lüğətləri, əks lüğətlər, avtomatik lüğətlərin tərtibi ilə əlaqədar tədqiqatları vardır. Azərbaycan dilinin xaricilərə tədrisi ilə bağlı dərslərin hazırlanması, orfoqrafiya, qramatika ilə bağlı məqalələri çap olunmuşdur. Onun həmmüəllifi olduğu "Bitişik, yoxsa ayrı?"sorğu lüğəti və "Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət" bir neçə dəfə çap olunmuşdur.



Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 14
elmlər doktorlarının sayı: 4
Əsas elmi əsərlərin adları:

Система автоматической переработки тюркского текста на лексико-морфологическом уровне. Баку, "Елм", 1991, 143 стр.


Автоматический анализ тюркской словоформы (на материале азербайджанских газетных текстов). В сб.инженерная лингвистика и теория проподавания иностранных языков, Ленинград, 1980, 116-126 стр.

Разработка систем формального морфологического анализа тюркской словоформы. Вопросы тюркского языкознания. "Наука", Алма-Ата, 1985, 113-125 стр.


Kitabi-Dədə Qorqudun statistik təhlili. Bakı, "Elm", 1999,10 s.

Mətnin formal təhlili sistemi "Bakı", "Elm", 2002

Azərbaycan dilinin əks əlifba lüğəti. Bakı, 244 s., "Nurlan", 2004, 524 s.

Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri), Bakı, “Elm”, 2010, 464 s.
Pedaqoji fəaliyyəti:
Bakı Dövlət Universiteti (1985-1986), Lənkəran Dövlət Universiteti (1999-cu ildən indiyə qədər), Xəzər Universiteti (2000-2006)
 İş yeri: AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, 
Vəzifəsi: Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini 

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz