Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

Əliməmməd İsa oğlu Ağayev

Əliməmməd İsa oğlu Ağayev 1940-ci ildə Boladi kəndində anadan olub.1958-ci ildə kənd orta məktəbini,1963-cü ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsini bitirib. Pedaqoji fəaliyyətinə 1963-cü ildə Nərimanabad qəsəbə I saylı orta məktəbində başlayıb.1966-cı ildən ömrünün axırına kimi doğma məktəbində çalışıb. Fizika müəllimi idi.İş təcrübəsi respublikada yayılmış, Bakı, Rostov, Minsk və digər şəhərlərdə elmi konfranslarda mühazirələr oxumuşdur. Əliməmməd müəllim proqramlaşdırılmış təlim üsulunun pespublikanın kənd məktəblərində ilk yaradanı və tətbiq edəni olmuşdur.Şagirdlərlə bir yerdə hazırladığı fərdi nəzarət maşınlarından və digər cihazlardan biliklərin yoxlanılmasında, sinifdənxaric işlərdə müvəffəqiyyətlə istifadə edilirdi.Sonralar fərdi nəzarət maşınlarını daha da təkminləşdirmişdir.Kollektiv nəzarət maşınları və avtomatlaşdırılmış yoxlayıcı-nəzarətedici qurğulardan ibarət zəngin kabinet təşkil etmişdir. Ə.Ağayev Azərbaycan müəllimlərinin altıncı, Ümumittifaq müəllimlərinin üçüncü qurultaylarının iştirakçısı olmuşdur. Respublikanın qabaqcıl maarif xadimi ( 1072) idi. 1978-ci ildə Respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdü. O, həmçinin В« Metodist müəllim В» və
В« Ali kateqoriyalı müəllim В» idi. В« Şərəf Nişanı В» ordeni, В« Əmək veteranın В» medalı, SSRİ Maarif Nazirliyi və SSRİ PEA-nın, Respublika Maarif Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.
Ə.Ağayüev 2000-ci il oktiyabrın 27-də vəfat etmişdir.

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz