Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

                        Həşimov Elşən Qiyas oğlu 

  Həşimov Elşən Qiyas oğlu 1988 – ci ildə Boladi kənd orta məktəbini bitirmiş, Xarkov şəhərində yerləşən Raket Qoşunlarının Ali Hərbi Komandirlər-Mühəndislər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Ukrayna Silahlıqüvvələrində aparılan struktur islahatlarından sonra təhsilini Xarkov Hərbi Universitetində davam etdirmiş və 1994-cü ildə oranı “qızıl medalla” və fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir. Rəisləri onu buraxılışdan sonra Universitetin adyunkturasında (aspiranturada) saxlamaq istəsələr də, o, imtina etmiş, qoşunlarda – raket diviziyasında xidmət etmişdir. 1995-ci ildə qəbulimtahanlarını əla qiymətlərlə verərək əyani adyunkturaya qəbul edilmiş, 1998-ciildə oranı müvəffəqiyyətlə bitirərək həmin Universitetin müəllimi kimixi dmətini davam etdirmişdir. 1998-ci ilin dekabrında dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən “texnika elmləri namizədi” alimlik dərəcəsinə və diplomuna layiq görülmüşdür.

1999-cu ildə Ukrayna Silahlı qüvvələrində müqavilə müddəti bitdikdən sonra məktubla Respublika prezidentinə müraciət etmiş, Vətəndə xidmət etmək arzusunda olduğunu bildirmişdir. Alı Baş Komandanın tövsiyyəsi ilə Vətənə qayıtmış, dərhal da Hərbi Ali Məktəbdə xidmətə başlamışdır. 2002-ci ildən Ali Hərbi Məktəbdə kafedra rəisinin müavini, 2007-ciildən kafedra rəisi vəzifəsini icra edir.

2010-cu ildə “Dosent” elmi adına layiq görülmüşdür. Xaricdə və respublikanın dövri mətbuatında mütəmadi olaraq elmi və elmi-metodiki məqalələri ilə çıxış edir. Dərc edilmiş 50-dən çox elmi məqalənin, dərslik və metodiki vəsaitlərin müəllifidir.

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz