Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

“Camaat nə deyər?” Bismillahir-Rəhmanir-Rəhim! 
Buna ideologiyamı deyək, xəstəlikmi deyək bilmirəm. Amma xəstəlik desək, daha yaxşı olar. Uşaqdan tutmuş böyüyə qədər hamımız bu xəstəliyə tutulmuşuq. Qəribəsi də budur ki, hamımız “Camaat nə deyər?” fikri ilə yaşamağın boş, mənasız bir şey oldugundan əlavə, həm də bizi uçuruma apardığını bilə-bilə bunun qurbanı oluruq.
Gəlin bir insan ömrünə nəzər salaq, görək ki bu “Camaat nə deyər?” düşüncəsi bizi haralara və hansı günahlara aparıb çıxarır. Çox vaxt da Allah (buyuranla) və camaat (deyən) arasında seçim qarşısında qaldıqda sonda camaat deyən kimi addım atırıq. Bu düşüncənin necə böyük bir bəla olduğunu burdan bilmək olar. Məncə, bu bütpərəstlikdən daha agır bir gunahdır. Təsəvvür edin, birinin 3 qızı var, oğlu yoxdu, düşünür ki, “Camaat nə deyər, gərək 1 oğlum, mütləq, olsun.” Oglan övladı dunyaya gələnə qədər nə qədər qız övladını dunyaya gəlmədən yarımçıq qətl edib düşürdəcək, Allah bilir...
Nəhayət oğlu olur, elə bilir camaatın dedi-qodusundan canı qutaracaq, yox qutarmır. Məcburi düşür bu “sel”in ortasına, ad qoyma mərasimi camaata xatir, sünnət toyu camaata xatir və. s. Biri də dinib desə ki, “Peyqəmbər (s) sünnəsinə əməl edib oğlunu “sünnət” edirsən, haram musiqi, haram yemək-içməklə, gunahdı axı...”, deyəcək “nə edim, camaatı özümə güldürən deyiləm ki...?”
Gələk uşağın necə böyüməsinə. Diqqət etsək, görərik ki, uşağın geyinib-keçinməsi, oturub-durması, tərbiyəsi və hətta yeyib- içməsi belə camaata görə təmin olunur. İlk baxışdan inanılası deyil, amma misallar qeyd etdikcə, görünür ki, biz bu “Camaat nə deyər?” xəstəliyinə elə tutulmuşuq ki, heç özümüz də özümüzdən xəbərimiz yox. Məsələn, uşağa tərbiyə verərkən bu sözləri tez-tez işlədirik “filan yerdə dinc oturasana, süfrəyə əl uzatmayasan, dişlərini çıxardıb gülməyəsən, zır-zır aglamayasan, camaat nə deyər, ayıbdı.”
Sonra uşaga yemək yedirərkən “ ye, ətə-qana gəl də camaat deyər bu uşağa yemək vermirlər...” ifadəsini də eşitmək olur. Məktəbdə yaxşı oxumasını tələb edirik ki, “ yaxşı oxu, camaat desin filankəsin oğluduyeee, əhsən belə ata-anaya” və yaxud “universitetə girməsən, camaatın yanında biabır olarıq” fikrini gənclərə təlqin edirik.
Ən nəhayət, uşaqların evlənmək vaxtı çatır. Bu evlilik mərasimlərindən danışmağa heç gərək yoxdu, çünku bu məqamdakı bütün canfəşanlıqların camaata görə olmasına heç kəs şübhə etmir.
Bir müddət sonra vaxt çatır övladını camaata görə böyüdüb, məktəbə salan, toy edən valideynin vəfatına. Yas mərasimi başlayır. Bəli, yenə həmin bu sözü gedən “məntiq” işə düşür. Çünki, bir şəxsin özünü göstərməsi üçün toy və yas mərasimləri istisna fürsətdir. İndi də övlad başlayır ki, atamın “ehsanat” məclisi super səviyyədə olmalı, ən bahalı “molla” gəlməli, ən bahalı mer-meyvə, qoz-fındıq və.s.olmalı, yoxsa camaat nə deyər?... hələ başdaşı svetnoy mərmər, aşağısı 2-3 mərtəbəli kafel, nəbilim daha nələr, nələr...
Baxın həyatımızda, cəmiyyətimizdə “Allah nə deyər?” məntiqi demək olar ki. görünmür. Bütün ömrümüzü camaat üçün yaşayırıq. Bu yazını, həyatımızın hər mərhələsindən misal çəkərək istənilən qədər uzatmaq olar. Ev tikmək, ev almaq, maşın almaq və s. hətta qohum-əqrəbanın bir-birinin görüşünə getməsi, xəstə ziyarəti, yasa və toya getmək də eyni məntiqlə... Hamı hara isə getməsində, nə isə iş görməsində birinci meyar olaraq bu cür düşünür: “Camaat nə deyər?”
Eh, hansını deyəsən, hansı qalsın. Dərd budur ki ibadət əhli də bu əsassız prinsiplə oturub-durur. Hələ özlərinə bəraət qazandıran bir-iki atalar məsəli də əzbərləyiblər: “palaza bürün, el ilə sürün.” , “el ilə Allahu-Əkbər” və s.
İndi baxaq bizim bu halımıza Quran və hədis nə deyir: “Ənam” surəsi -116: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.”

İmam Əli (ə) buyurub: “Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra!”
Öz aramızdır, bu yazını yazarkən mən də bəzi şeyləri qeyd edə bilmədim, düşündüm ki, yaxşı deyil, “Camaat nə deyər?”. Necə də olmasa, mən də bu cəmiyyətin numayəndəsiyəm axı....

Eldar İlqaroğlu 

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz