Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

                      Altay Mehdiyev

A.Mehdiyev Lənkəran rayonun Boladi kəndindəndir. Naxçıvana göndərilənədək Beyləqan hərbi birləşməsinin tabeçiliyində olan motoatıcı briqadanın komandiri vəzifəsini icra edib. Briqada komandiri kimi Qarabağ savaşında şəxsən iştirak edib. Mərhum dövlət başçısı Heydər Əliyev A.Mehdiyevi şəxsən tanıyıb və ona etibar edib. General-mayor rütbəsini də 2002-ci ildə ona H.Əliyev verib. Heydər Əliyev Naxçıvanda olarkən hərbi korpusa gedib. Orada korpus komandiri general-leytenant Kərəm Mustafayevin müavini olan Altay Mehdiyevin polkovnik rütbəsi daşımasından təəccüblənib. Dövlət başçısı Mehdiyev, sən bu gündən mayorsan» deyəndə Altay Mehdiyev bir az narahat olub. Düşünüb ki, Ali Baş Komandan onun pilləsini aşağı endirib. Heydər Əliyev ardınca gülərək «təbrik edirəm, general-mayor» deyə əlavə edib.  
Nəzərə almaq lazımdır ki, Naxçıvan korpusu mini - müdafiə nazirliyidir və belə bir qurumun qərargah rəisi olmaq asan məsələ deyil. Mehdiyev bu işin öhdəsindən məharətlə gəlib. Füzuli istiqamətində işğal olunmuş bəzi ərazilərin azad olunmasında Altay Mehdiyevin rəhbərlik etdiyi briqadanın da dəstəyi olub.

"MilAz" İnformasiya Agentliyinin keçirdiyi "İlin hərbçisi" internet sorğusunun 23 dekabr saat 10.00-a olan nəticələrinə görə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı  general-mayor Altay Mehdiyev respondentlərin 21 faiz səsini (145 səs) toplayaraq liderdir. Ondan sonrakı yerləri isə Dövlət Müdafiə Nazirliyi Hərbi Elmi Mərkəzin keçmiş rəisi, hazırda nazirliyin sərəncamında olan general-leytenant Kərim Vəliyev və Azərrbaycan Ali Hərbi Məktəbinin keçmiş rəisi, hazırda Naxçıvandakı hərbi birləşmənin qərargah rəisi olan general-mayor Heydər Piriyev hərəyə 81 səs olmaqla bölüşdürürlər. Ümumiyyətlə, sorğuya Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən 18 generalın adı salınıb. İndiyə kimi sorğuda liderliyi H.Piriyev saxlamışdı.



© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz