Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

Boladi bu gün

  Boladi kəndi rayon mərkəzindən 21,5 kilometr şimal-şərqdə, cənuba uzanan Bakı-Astara magistral şosse və dəmir yolundan 3 kilometr məsafədə, Boladi çayının sahilində yerləşir. Boladi sözü talış dilində 2 sözün birləşməsindən ibarətdir.

"Bola" talışca çox varlı, bollu, zəngin mənasındadır. "Di" sözü də talış köklü ifadədən olub kənd mənasında işlədilir. Beləliklə, Boladi kəndi bollu kənd, zəngin məkan mənasında tarixləşib.

Hazırda 8523 nəfər əhalisi olan bu kəndin böyük əksəriyyətini talışlar təşkil edir.

Əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan Boladi kəndində çayçılığa da böyük maraq olub. Çünki bir vaxtlar bu kəndin ərazisində yüksək məhsuldarlıqlı 158 hektar çay sahəsi var imiş.

İndi bu ərazi pay torpaqları kimi sakinlərə verilib. Pay torpaqlarından söz düşmüşkən, Boladinin hazırda 654 hektar pay torpaqları, 181 hektar həyətyanı torpaq sahələri var. Daha çox qara mal saxlamağa üstünlük verən kənddə iri buynuzluların sayı 3000 başdan çoxdur. Burda rütubət və yağışlı hava çox olduğundan qoyun-keçi saxlamaq xeyli çətindir.

Mal-qara sahibləri südü Lənkərandakı Süd Emalı Zavoduna verir, hər on gündən bir də onun dəyərini alırlar.

Kəndin 500 nəfərə qədər ailəsi isə Rusiyada yaşayır və imkanları daxilində Boladidə yaşayan qohum-əqrəbalarına əl tuturlar.

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz