Lənkəran rayon, Boladi kənd 1№-li tam orta Məktəbin psixoloqu K. Səfərovanın 2011-2012-ci Tədris ilində II yarım il üçün apardığı Psixoloji Xidmət işinin hesabatı “ Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən, mənim müəllimə həmişə böyük hörmətim olubdur.” Azərbaycan Respublikasının ümummilli lideri Biz XXI əsrdə yaşayırıq. XXI əsr ağıl, intellekt, psixologiya əsridir. Bu öz təsirini məktəbə də göstərir. Cəmiyyət inkişaf etdikcə akselerasiya şəraitində məktəbə Psixoloji Xidmətin vacibliyi diqqəti cəlb edir. Məktəbə Psixoloji xidmətin əsas məqsədi şagirdlərin hərtərəfli psixi və psixoloji inkişafına nail olmaqdır. I yarım ilin hesabatında qeyd etdiyimiz kimi Psixoloji Xidmət işi illik iş planına əsasən aylıq və müntəzəm Görülən işlərə ayrılır. II yarım il üçün müntəzəm görülən işlərlə yanaşı əsas işlərimizdən biri I yarım ilin yekunları üzrə təlimdə geridə qalmanın səbəblərinin psixodiaqnostikası və nəticələrin təhlili idi. Təlimdə geridə qalmanın səbəblərini araşdırmaq müntəzəm görülən işlər sırasına da daxildir. Biz müntəzəm təlimdə geri qalan şagirdlərlə fərdi söhbətlər aparır, səbəbi müəyyənləşdirib, aradan qaldırmağa çalışırıq. I yarım ildə şagirdlərin aldığı qiymətlərə əsasən ibdidai siniflərdə uşaqlar ya bütün dərsləri oxuyur, ya da əksər dərsləri oxumur. Epizodik geridə qalmalar üstünlük təşkil edir. Geridə qalan uşaqlarımızın əksəriyyəti idman, texnologiya, musiqi dərslərində yüksək qiymət alır, riyaziyyatdan, həyat bilgisindən aşağı qiymətlə qiymətləndirilir. Hər sinifdə ən azı 2-3 uşaq var ki, əksər dərslərdən geri qalır. Bu da təbii ki, uşağın psixi inkişaf səviyyəsindən, valideynin övladının dərslərinə nə dərəcədə nəzarət etməsindən və s asılıdır. Yuxarı siniflərdə geridə qalmalar haqqında I yarım ilin hesabatında qeyd etmişdik. V-VII sinif şagirdləri ya bütün dərsləri oxuyur, ya bəzilərini oxumur. VIII sinifdən artıq şagirdlər getdiyi ixtisasın fənnlərini oxuyur və digər fənnlərdən geri qalır. Biz bacardıqca belə şagirdlərlə söhbət aparır, onların bütün elmlərə yiyələnmələrinin senzitiv mərhələsinin indi olması, sonra gec olacagından danışırıq. Uşaqlar bizim məsləhətlərə qulaq assa da, valideynlər bəzən buna laqeydlik göstərir. Biz imkan daxililndə geridə qalmanın səbəblərini aradan qaldırmağa çalışırıq. II yarım ildən başlayaraq biz yetginlik yaşına çatmamış şagirdlərimizlə iş aparır, onların şəxsi problemləri ilə maraqlanır, gizli müşahidələr aparırıq. Zərərli vərdişlərə ( siqaret, içki, narkotik) meyl etməmələri üçün onların əvvəlcə bu vərdişlərə olan münasibətini öyrənirik. Həmin münasibət istiqamətində işimizi qururuq. Kənd sosial şəraitində yaşadığımız üçün yeniyetmələr zərərli vərdişlərin dalınca demək olar ki, getmir. Buna baxmayaraq biz psixoprofilaktik tədbirlər məqsədilə yenə də onlara siqaret çəkməyin, spirtli içkidən, narkotikdən istifadənin ziyanlı, fəsadlı tərəflərindən danışırıq. Ziyanlı vərdişlərin ağır xəstəliklərə gətirib çıxarmağından, narkomaniya ilə ölümün sinonim olmasından söhbət açırıq. Görkəmli mütəfəkkirlərdən sitatlar gətiririk. Məsələn, İbn Sina: “ Sərxoşluq ziyandır, o beyini korlayır və qəfil ölümə səbəb olur.” Mütəmadi keçirdiyimiz görüşlər nəticəsində şagirdlərimizin fikirlərində əsaslı dəyişikliklər yaranır. Hətta IX sinifdən bir oğlan uşağı siqaretdən istifadə etdiyini etiraf etdi. Bizim söhbətimizdən sonra bir daha belə hərəkətlər etməyəcəyinə söz verdi. Digər şagirdlərimizin valideynləri ilə də danışırıq, siqaret çəkən şagirdimiz yoxdur. İçki və narkotikdən istifadə edən şagirdimiz qəti yoxdur. Kənddə sosial nəzarət güclü olduğu üçün yaşlıların da uşaqlara müsbət tərəfdən təsiri böyükdür. Yetginlik yaşına çatmamış şagirdlərlə işləmək üçün məktəb rəhbərliyi bizə kömək edir. Valideyn iclasları keçirilir. Bu barədə valideynlərə məlumat verir və ümummilli liderimizin həyatından misallar gətiririk. Verilişlərin birində möhtərəm prezidentimiz İ. Əliyev cənabları demişdi ki, “ Bizim ailədə böyük məsuliyyət və kifayət qədər azadlıq var idi.” Bu gün həmin tərbiyənin nəticəsi göz qabağındadır. Biz də valideynlərimizə bildiririk ki, onlar övladlarında böyük məsuliyyət və kifayət qədər azadlıq formalaşdıra bilsələr müstəqil Azərbaycanımız üçün layiqli vətəndaşlar yetişdirə biləcəklər. Söhbət zamanı atalar sözlərindən də istifadə edirik:“Uşaqlarınızla elə davranın ki, elə bil əllərinizdə quş tutmusunuz, ovcunuzu çox sıxmayın quş ölə bilər, çox açmayın quş uça bilər.” Məktəb təliminə hazırlığın yoxlanılması haqqında I yarım ilin hesabatında ətraflı məlumat vermişdik. Aprel ayında biz IX siniflərdə hansı peşəyə marağı öyrənmək məqsədilə onlar arasında DDS ( differensial-diaqnostik sorğu) keçirdik. Sorğu 50 sualdan ibarət idi. Burada bütün sahələri əhatə edən suallar qoyulmuşdur. Uşaqlar bu fikirləri diqqətlə oxuyur, onlara öz münasibətini bildirirdilər. Məktəbimizdə 3 IX sinif var. Uşaqların əksəriyyəti İnsan-Texnika, İnsan-İnsan, İnsan-Təbiət istiqamətlərini seçmişdir. İnsan-İşarə sistemi, İnsan- Bədii obraz istiqamətini şeçənlər də var idi. İmtahanlara hazırlıq dövründə psixoloji gərginliyin aradan qaldırılması məqsədilə şagirdlər və valideynlərlə konsultativ iş aparmaq II yarım ildə gördüyümüz əsas işlərdən biridir. Belə ki, psixoloji və fiziki hazırlıq intellektual hazırlıqdan heç də az vacib deyil. Stressin yüksək həddə çatması intellektual fəaliyyətin səmərəliliyini 10%-dən 100%-ə qədər azalda bilər. Bu məqsədlə biz şagirdlərə həyəcanları dəf etməyə, stressdən mühafizə olunmağa, imtahan zamanı uğur qazanmağa kömək edirik. Biz onlara imtahana hazırlıq dövründə münaqişələrdən uzaq olmağı, düzgün qidalanmağı, materialı əzbərləmək yox, başa düşməyi, imtahanın necə keçəcəyi barədə əvvəlcədən düşünməməyi, ancaq oxumağı məsləhət görürük. Görkəmli rus yazıçısı L. Tolstoy: “ Döyüşdə yalnız udmağı qarşısına məqsəd kimi qoyanlar döyüşü udur.” Şagirdlərdən başqa biz mümkün qədər IX-XI sinif şagirdlərinin valideynləri ilə danışır, uşaqlara mənəvi cəhətdən kömək etməyi, onları mümkün qədər ev, ailə problemlərindən uzaq tutmağı, onlar üçün evdə normal şərait yaratmağı məsləhət görürük. Məktəbdə ciddi nitq qüsuru olan şagirdimiz yoxdur. İbdidai siniflərdə “ r” hərfini deyə bilməyən uşaqlar olur. Onlar məktəb mühitinə alışdıqca, sinifdən-sinfə keçdikcə bu problem aradan qalxır. Müntəzəm görülən işlər haqqında I yarım ilin hesabatında ətraflı məlumat vermişdik. I yarım ildə olduğu kimi, II yarım ildə də Psixoloji Xidmət kabinetinin tərtibi, Gənclərin Orduda xidmətə və Vətəni qorumağa psixoloji hazırlığı, sağlam psixoloji iqlim yaratmaq məqsədilə şagird və müəllim kollektivlərində şəxsiyyətlərarası münasibətlərin öyrənilməsi, şagirdlərlə fərdi və qrup halında konsultasiya, valideynlərlə tərbiyənin psixoloji problemləri barədə iş aparmaq, təlimdə geri qalan şagirdlərlə işləmək və s işləri aparırıq. Bunlardan başqa biz bütün yaş dövrünü əhatə edən şagirdlərlə fərdi şəkildə danışır, onların şəxsi problemləri ilə maraqlanır, onlara düzgün istiqamət verməyə çalışırıq. Son vaxtlar şagirdlərimizin özünün bizə müraciəti Psixoloji Xidmətin nə dərəcədə aktual olduğunu üzə çıxarır. Artıq şagirdlər Psixoloji Xidmətdən istifadədən çəkinmirlər. Ölkəmiz inkişaf etdikcə insanların fikirləri və münasibətləri dəyişir. Biz inanırıq ki, yaxın vaxtlarda regionlarda da xüsusi Psixoloji Xidmət mərkəzləri olacaq və insanlar öz problemlərinin həllini orada tapa biləcəklər.
© Boladim ÜnvanLənkəran rayon Boladi kəndАдрес: Lənkəran rayon Boladi kənd Телефон: Telefon: +994 70 340 40 97 E-mail: E_poçt : seyranaliyev@mail.ru |
Məktəbimizin facebook səhifəsi |
|
|
|