Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Dadaşov Cənnət Paşa oğlu

 Dadaşov Cənnət Paşa oğlu 27 fevral 1955-ci ildə Lənkəran rayonunun Boladi kəndində zəhmətkeş ailəsində dünyaya göz açmışdır. 1962-ci ildə Boladi kənd  orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. 1972-ci ildə məktəbi əla qiymətlərlə  bitirən C.Dadaşov elə həmin il V. İ. Lenin adına APİ-nin riyaziyyat fakultəsinə daxil  olmuşdur. Əməksevərliyi və bacarığı sayəsində o, 1976-cı ildə ali məktəbi  müvəffəqiyyətlə bitirərək, boya-başa çatdığı öz doğma kəndinə Boladi kənd orta  məktəbinə riyaziyyat müəllimi təyin olunmuşdur.
 Pedaqoji fəaliyyətə başladığı ilk gündən o, işə ciddi münasibəti və özünə qarşı tələbkarlığı ilə bütün kollektivin rəğbətini qazanmağa müvəffəq olmuşdur.Tezliklə riyaziyyat fənninin tədrisində tətbiq etdiyi metodiki yeniliklər Cənnət müəllimi  novator müəllim kimi tanıdır. Şagirdlərlə münasibətdə yeni pedaqoji üsullardan istifadə edən gənc müəllim şagirdlərinin sevimlisinə çevrilir və valideynlər   arasında da böyük nüfuz qazanır.   Məktəb rəhbərliyi artıq onun simasında yaxın gələcəkdə məktəbin gələcəyini  müəyyən edən bir şəxsi görür və ona böyük etimad göstərir. C.Dadaşovun   intellektual səviyyəsi, insani kefiyyətləri onun həmkarlarının da diqqətini də cəlb edir və o, riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri seçilir. Qısa bir zamanda  C.Dadaşovun şagirdlərinin sorağı respublikanın ayrı-ayrı ali məktəblərindən, o cümlədən  Rusiya Federasiyasının ali məktəblərindən gəlir.Daim yeniliyə can atan, qabaqcıl üsul  və metodları öyrənən və onları öz pedaqoji fəaliyyətində tətbiq edən Cənnət müəllimin  qabaqcıl iş təcrübəsi rayon məktəblərində də geniş yayılmışdır.
       C.Dadaşov dəfələrlə Lənkəran ŞTŞ tərəfindən məsul tapşırıqlarla ayrı-ayrı   məktəblərə göndərilmiş müxtəlif tədbirlərə dəvət olunmuşdur. Onun qüsursuz pedaqoji  fəaliyyəti məktəb rəhbərliyi və Lənkəran ŞTŞ tərəfindən dəfələrlə qiymətləndirilmişdir. 2004-cü ildə Lənkəran ŞTŞ tərəfindən Fəxri Fərmanla təltif etdilmiş, 2005-ci ilin  oktyabrında isə Cənnət Paşa oğlu Dadaşov pedaqoji sahədə uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
 Pedaqoji fəaliyyəti ilə yanaşı C.Dadaşov ictimai və siyasi fəaliyyəti ilə də gənc müəllimlər üçün örnək olmuşdur. Ölkə üçün ağır və mürəkkəb olan 1993-ci ildə o, tərəddüd etmədən YAP-ın sıralarına daxil olmuş, partiyanın bürün tədbirlərində fəal iştirak etmiş, ən başlıcası isə ömrünün sonunadək ulu öndərimiz H.Əliyevin  ideyalarına sadiq qalmışdır. O, Lənkəran rayonunda keçirilən bütün ictimai və siyasi tədbirlərdə boya-başa çatdığı Boladi kəndini ləyaqətlə təmsil etmişdir. Gözəl insani kefiyyətlərə malik olan Cənnət müəllim valideynlər və bütövlikdə  kənd ictimayyəti arasında da böyük nufuza malik idi. O, bu nufuzu və məhəbbəti öz işinə ciddi münasibəti, tələbkarlığı və zəhməti sayəsində əldə etmişdir.
 C.Dadaşov həm də qayğıkeş ailə başçısı idi. İki oğul, bir qız atası olan Cənnət   müəllim övladlarını layiqli vətəndaş kimi tərbiyə etmişdir. Hər üç övladı ali təhsil almışdır. Səmimi insan, mehriban dost və bacarıqlı pedaqoq Cənnət Paşa oğlu Dadaşovun parlaq xatirəsi onu tanıyanların qəlbində daim yaşayaqcaqdır. 
Allah rəhmət eləsin! 

Создать бесплатный сайт с uCoz