Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

 

 Lənkəran  rayonu, Boladi kəndi 1 №-li tam orta  məktəbin psixoloqu  K.Səfərovanın  2011-2012-ci                  tədris  ilində I  yarım il üçün  apardığı Psixoloji  xidmət  işinin  hesabatı

“Məktəbdə  gənclərimizi nə qədər  yaxşı,  hərtərəfli hazırlasalar,  müstəqil  Azərbaycanın gələcəyi    bir  oqədər  uğurlu,  parlaq olar.”

                                                                    (Az.Res-nın  ümummilli lideri)

           XXI əsrin  tələblərinə  uyğun olaraq  müasir  məktəbin qarşısında  duran  ən mühüm  vəzifə  şagird şəxsiyyətini formalaşdırmaqdır.Müasir  məktəb  hiss olunmadan  psixolojiləşir   özünün  aktual  problemlərini məhz  psixoloji  məkanda həll  etməyə  başlayıb.

          XX əsrin  90-cı  illərindən başlayaraq  məktəblərdə  “Psixoloji Xidmət”  işi  təşkil olunmağa  başladı.Azərbaycanda  bu  işin  təşkili və inkişafı  ümummilli  liderimiz H.Əliyev  cənablarının  ölkəmizə rəhbərlik  etdiyi  zamanla üst-üstə  düşməsi heç    təsadüfi  deyil.

         Məktəbli  şəxsiyyətinin formalaşdırılması  ixtisaslı  psixoloqlarsız  mümkün deyil.

Məktəbə psixoloji  xidmətin vəzifəsi  məktəb dövründəki  bütün yaş  mərhələlərində  uşaqların psixi    şəxsi inkişafına  kömək  etməkdir.

Psixoloji  Xidmət işi  illik   planına  əsasən  aylıq   müntəzəm  görülən işlərə  ayrılır.

I  yarım il  üçün  gördüyümüz əsas  işlərdən  biri  I-lərin siniflərə  qəbulu,  onların məktəbə  psixoloji  hazırlıq səviyyəsinin  yoxlanılması  idi.

Uşaqların  “məktəbə psixoloji  hazırlıq”  anlayışı ilk  dəfə  1948-ci ildə  A.N.Leontyev  tərəfindən işlənmişdir.

Hazırlıq  prosesini öyrənmək    uşaqlara düzgün  istiqamət  vermək Psixoloji  Xidmət   işinin əsasını  təşkil  edir.

Psixoloji  hazırlıq səviyyəsini  yoxlamaq  üçün biz  cari  ilin may-iyun  aylarından  başlayaraq hazırlıq  siniflərində  olan uşaqlarla  müxtəlif  psixoloji testlər  apardıq.  Psixoloji müayinədə  aşağıdakı  cəhətlərin aşkar  edilməsinə  xüsusi diqqət  yetirirdik: uşağın  məktəbə münasibəti,  bilik  ehtiyatı, nitq    təfəkkürün, hafizə    təxəyyülünün inkişaf  səviyyəsi,  xırda  əl  hərəkətlərinin  inkişafı.

Psixoloji  müayinə zamanı  aşağıdakı  metodlardan istifadə  etmişik:

1.Psixososioloji  inkişaf  dərəcəsi;

                  S.A.Bonkoviç (test  əsasında sorğu)

2.Məktəblinin  intellektual  inkişaf səviyyəsi;

                           Kern-İrasek “Məktəb kamilliyi testi”

3.Xırda  əl  hərəkətlərinin  inkişafı;

4.Diqqət    Hafizənin öyrənilməsi;

5.Nitq    Təfəkkürün  inkişaf  səviyyəsi;

 

Sosial-psixoloji  yetginlik səviyyəsini  öyrənmək  üçün uşaqlara  20  sual verdik.  Neçə  yaşları olduğunu ,  bütövlükdə  harada yaşadığımızı  (ölkə, rayon, kənd),ev   çöl  heyvanları  və s soruşduq.  Kern-İrasekin  testinə əsasən uşaqlara  vərəqlər  payladıq. Onlar  vərəqin bir  üzünə  bacardıqları kimi  kişi  rəsmi  çəkdi, o  biri  üzünə isə  nöqtələri  verilmiş düzülüşə  əsasən  qeyd etdilər,  verilən  cümləni yazdılar.

Digər metodlardan  da  müvafiq qaydada  istifadə  etdik.

Yeni  dərs  ilindən direktorumuzun  tapşırığı  ilə uşaqlar  sentyabr  ayının 5-dən  məktəbə  gəlib siniflərdə oturmağa,  məktəb  mühiti ilə   tanış  olmağa başladılar.  Biz   yarımçıq  işlərimizi  davam etdirdik    sentyabrın 15-nə  qədər  tamamladıq.

Həmin siniflərdə  dərs  deyəcək müəllimələrlə  konsultativ   aparmaq  işimizin bir  hissəsi  idi. Artıq  bir  neçə ildir  ki,  məktəbimizdə dərslər  kurrikulum  metodları ilə  keçirilir.  Bu kurs  yeni  təlim metodlarını  əhatə  edir    uşaqlarda idraki  bacarıqların  daha yüksək  səviyyəsinə  yiyələnməsinə şərait  yaradır.

Müəllimələrimiz  kurrikulumla əlaqədar  kurs  keçmiş   sertifikat  almışlar. Müzakirələrimizdən    məlum oldu  ki,  onlar təcrübəlidir    dərs deyəcəkləri  hər  bir şagirdə  fərdi  yanaşmağı, onların  maraq   meyllərini  nəzərə  almağı bacarırlar.

Apardığımız psixoloji  müayinədən  məlum oldu  ki,  bu il  məktəbimizdə  məktəbə hazır  olmayan,  kəkələyən, nitqi  qüsurlu  uşaq yoxdur.

Psixoloji testlərdə  71  uşaq iştirak  etdi,  onlardan 23  uşaq  yüksək səviyyə,  41  uşaq  orta  səviyyə,   7  uşaq   aşağı  səviyyənin göstəricilərinə  uyğun  gəldi. Korreksiya  qrupuna  düşən uşaq   yoxdur.  Yekun məlumatları  məktəb  direktoruna təqdim  etmişik.

Sentyabr ayından  biz  I siniflər  üçün  psixoloji  xəritələrin tərtibinə    başlamışıq.

Oktyabr ayında  biz  tez-tez I  siniflərdə  olur, dərsi  dinləyir,  uşaqların davranışlarına,  müəlliməyə  münasibətə, yoldaşlarına  münasibətə  diqqət yetirirdik.  Akselerasiya  şəraitində onlar  məktəb  həyatına daha  tez  adaptasiya olub.  Heç  bir uşaq  sinifdə  ağlamır, dərs  qurtardıqdan  sonra valideynlər  məktəbə  gəlir, övladlarının  problemləri  ilə maraqlanırlar.

Uşaqlar üçün  aparıcı  fəaliyyət təlim  olsa  da, müxtəlif  oyunlar  oynayırlar. Evdən  fərqli  olaraq  yaşıdları  ilə  oyun zamanı  onların  iradi xüsusiyyətləri  inkişaf  edir. Diqqət  qeyri-ixtiyaridən  ixtiyariyə doğru  inkişaf  etməyə başlayır.  Qeyd  edək ki,  uşaqlar  bütün hərfləri  (  “R”  hərfini  də) normal  tələffüz  edə  bilir.  Nitqi qüsurlu  uşaq  yoxdur. Bu  da  nitqlə yanaşı  onların  təfəkkürünün inkişafına  kömək  edir.

Oktyabr ayında  da  I-lərin psixoloji  xəritələrinin  tərtibini davam  etdirirdik.

“Xüsusi  qabiliyyətli şagirdlərin  aşkar  edilməsi   onlarla   aparılması”  məktəb psixoloqunun  gördüyü  işlərdən biridir.  Biz  noyabr ayından  bu  işlərə başlayıb  hər  ay onu  həyata  keçiririk.

Hazırda qabiliyyət     istedad milli  sərvət  hesab olunur.  Onun  qorunması, inkişaf  etdirilməsi   xalqın  xidmətinə  verilməsi milli  strateji  məsələdir.

İstedadlı uşaqları  aşkar  etmək   onlarla   aparmaq  üçün  biz bir  çox   metodik vəsaitlərdən,  xüsusilə  E.  Bəylərovun  “ İstedadın psixoloji   diaqnostikası”  kitabından istifadə  edirik. Kitabda  S. Ayzenkin,  E. N.Şeblanovanın,  S. Renzullinin  testləri məktəbli  şəxsiyyətində  yaradıcılıq potensialını  üzə  çıxarmağa geniş  imkanlar  yaradır.

Biz bu  testlərdən  istifadə edərək   ayrı-ayrı  siniflərdə istedadlı  şagirdlərimizi  aşkar etməyə  çalışırıq.  İbdidai siniflərdə  ayrıca,  V-VIII siniflərdə  ayrıca  yaş xüsusiyyətlərinə  uyğun  testlərlə işləyirik. Xüsusi  qabiliyyətli  şagirdlərlə fərdi  söhbətlər  aparır, onlara  müəyyən  istiqamətlər veririk.

Psixoprofilaktika  məqsədli görüşlərin  təşkili   keçirilməsi   hər ay  gördüyümüz  işlərdən biridir. İşlərimiz  bütün  yaş dövrlərini  əhatə  etsə  də,  psixoprofilaktik  məqsədlə daha  çox  yeniyetmələrlə  ( VII, VIII,  IX  siniflər) fərdi    qrup  halında  görüşlər keçiririk.  Yetginlik  yaşına çatmamışların  davranışlarında  baş verə  biləcək  xoşagəlməz halların  qarşısını  almaq üçün  biz  onların referent  qruplarının  olub-olmaması,  bu qrupların  tərkibində  hansı sosial  ststusa  malik insanların  olması  ilə maraqlanırıq.  Bundan  başqa şagirdlərimizin  zərərli  vərdişlərin ( siqaret  çəkmək,  spirtli içki  içmək,  narkotikdən istifadə)  təsiri  altına düşməmələri  üçün  biz onlarla  mütəmadi  söhbətlər aparır,  görkəmli  mütəfəkkirlərdən  sitatlar gətiririk.

Yeniyetmələrdən  başqa biz  V-XI  siniflərdə bir  çox  psixoprofilaktik  işlər görür,  hər  bir sinifdə  oğlanlarla  ayrı, qızlarla  ayrı,  həm  fərdi,  həm    qrup halında  işlərimizi  davam etdiririk.  Onların  psixi inkişafını  lazımi  istiqamətə yönləndirməyi  bacarırıq.

Müəllim   Valideynlərlə  psixoloji  biliklərin mənimsənilməsi  üzrə   aparmaq  hər ay  (  oktyabr, noyabr,  dekabr )  gördüyümüz işlərdən  biridir.

Müəllimlərimizin  əksəriyyəti orta  yaşlı  nəslin nümayəndələridir. Psixoloji biliklər  haqqında  kifayət  qədər  məlumatlıdırlar. Biz  çox vaxt    görərkən onlarla  məsləhətləşir,  onların köməyindən  istifadə  edirik. Gənc müəllimələrimizlə  işləyir,  onların ixtisaslarına  uyğun  söhbətlər aparırıq.  İbdidai  müəllimələrimizlə  kurrikulumla bağlı  söhbətlər  aparır, hər  bir  şagirdə subyekt  kimi  yanaşmağı, onların  fərdi  xüsusiyyətlərini,  maraq   meyllərini  nəzərə almağı  məsləhət  görürük.

         Artıq  1  ilə yaxındır  ki,  məktəbimizin yeni   rəhbəri  var. Məktəbimizdə  bu bir  il  ərzində köklü  dəyişikliklər  baş vermiş    məktəbimizin psixoloji  ab-havası  müsbətə doğru  xeyli  dəyişmişdi. Valideynlər  əvvəlki  kimi  məktəbə  ögəy  münasibət  bəsləmirlər. I  yarım il  ərzində  ayrı-ayrı siniflərdə    oktyabrın 28-i   IX-XI  siniflər üzrə  ümumi  valideyn iclası  keçirilmişdir.  Qeyd edək  ki,  həmin iclasda  Lənkəran  İH  Başçısının  nümayəndəsi  Tahir müəllim    Lənkəran ŞTŞ-nin  nümayəndəsi  Güloğlan müəllim  iştirak  edirdi.

Biz    öz  növbəmizdə  əsasən  yaş dövrünün  böhran  səviyyəsində olan,  keçid  dövrlərini ( I, V,  IX)  yaşayan şagirdlərin  valideynləri  ilə işləməyə,  keçid  dövrünün psixoloji  xüsusiyyətlərini  izah etməyə,  yaş  böhranı zamanı  uşaqda  baş verən  psixoloji  dəyişikliklərdən  danışmağa çalışırıq.  Valideynlərə  öz övladlarına  düzgün  istiqamət vermək,  onların  hisslərinə hörmət  etmək  tövsiyə olundu. Qeyd  edirik ki,  onlar öz  övladlarına  məhz bu  gün  lazımdır, əgər  uşaq   lazım olan  diqqəti  ailədə görməsı,  onu  kənarda axtaracaq.  Bu  “ axtarışlar” isə  onu  uçurumlara aparacaq. Hər  bir  uşağın öz  dünyası  var. Bu  dünyaya  daxil olmaq,  onun  acılarına kədərlənib,  sevincinə  sevinmək hər  bir  valideynin ümdə  vəzifəsidir.

       Psixoloji   bilikləri  şagirdlərə mənimsətmək  məqsədilə  biz  əvvəlcə  onlara Psixologiya  elmi  haqqında danışır,  məktəbə  psixoloji xidmətin  məqsəd    vəzifələrini  açıqlayırıq. Qeyd  edirik ki, psixoloq  hər  bir şagirdin  dostudur,  hər  bir  şagird  istədiyi problemləri  ( həm  şəxsi, həm  ailə  daxili, həm  məktəb  daxili) barədə  psixoloqa müraciət  edib  ondan kömək  ala  bilər. Şüuarımız  belədir: SİRRİ  YAYMA! ZİYAN  VURMA!  TƏZYİQ GÖSTƏRMƏ!

    Ayrı-ayrı  siniflərdə Psixoloji  biliklər  haqqında şagirdlərə  məlumat  verir, dərsdən  sonra  onları diskussiyaya  dəvət  edirik. Şagirdlər  bizə  diqqətlə qulaq  asır,  psixoloji bilikləri  mənimsədikcə  ondan yararlanmağa  çalışırlar.  Apardığımız işlər  bütün  məktəb dövründəki  şagirdləri  əhatə edir.

     Çətin tərbiyə  olunan  uşaqların aşkar  edilməsi   onlarla  korreksiya  işinin aparılması  müntəzəm  gördüyümüz işlərdən  biridir. Məktəb  reallığını nəzərə  alsaq  bu gün  doğrudan  da  çətin  uşaqlar var. Bir  cəhət  şəksizdir: bu normal  uşaqlar  anadan “çətin”    ya  “asan”  uşaq   kimi doğulmayıb. Müəyyən  şəraitdə  “çətin” uşaq  olublar. Uşağın  çətin uşaq  kimi  özünü biruzə  verməsində  böyüklərin “ əməyi”  daha  çoxdur.

    Kənd  sosial şəraitində  yaşadığımız  üçün yüksək  dərəcəli  “çətin uşaq”larımız  yoxdur. Şagird  qaydalarını pozan, intizamsızlıq  edən  uşaqlar var.Çətin  uşaqların  böyük  əksəriyyəti  ünsiyyət tələbatı  nəinki  ailədə, həm    məktəbdə təmin  olunmayan  yeniyetmələrdir. Onlarla  fərdi şəkildə  söhbət  edir, bir  çox  psixoloji məsləhətlər  veririk.  Psixoloqların fikrincə, “pis”  uşaq   yoxdur, pis  münasibət  var. Çətin hesab  etdiyimiz  uşağın özünü  öyrənir,  onun  əhatə  dairəsi, oturub-durduğu  insanların dünyagörüşünü  öyrənir   ona  uyğun   aparırıq.  Şəxsiyyətlərarası  münasibətlərdə,  ailədə problemi  olan  şagirdlərimiz var. Biz  onlarla  tez-tez maraqlanır,  söhbətlər  aparırıq. Məsələn:  noyabr  ayında ali  məktəbə  hazırlaşan, qabaqcıl  şagirdlərimizdən  birinin anası  xəstəlikdən  dünyasını dəyişdi. O  yaş  dövrünün böhranlı  mərhələsini  yaşadıgı üçün  biz  onunla hər  gün  maraqlanırıq    ona  psixologiya elmlər  namizədi  S.  Məcidovanın  “ Həyatı çətinlikləri  necə  dəf etməli”?  başlıqlı  psixoloq  məsləhətlərini  yazıb  vermişik. Tövsiyə  etdik  ki,  ən  böyük həkim  vaxtdır.  Vaxt “sagaldır”,  çünki  hər şey  axır    dəyişir.Dünən  fəlakət  sandığımızı bu  gün  elə görmürük. 

     Yuxarıda  qeyd etmişdik  ki,  aylıq gördüyümüz  işlərlə  yanaşı müntəzəm  gördüyümüz  işlər   var. Müntəzəm  gördüyümüz işlərdən  biri  Psixoloji   Xidmət  kabinetinin  tərtibidir.  Məktəbdə kabinetimiz  var.  Kabinetdə dövlət  rəmzləri  ilə yanaşı  “ Psixoloji  Xidmət Güşəsi”,  “ Psixika”,  “Temperament tipləri”,  başlıqlı  stendlər var.  Biz  onları artırmağa,  otağımızı  daim yeniləşdirməyə  çalışırıq.

     Gənclərin  ( XI  siniflər) Orduda  xidmətə    Vətəni  qorumağa psixoloji  hazırlığı  da müntəzəm  gördüyümüz  işlərdən biridir. Bu  işi  ibdidai hərbi  hazırlıq  müəllimi ilə  birgə  aparırıq. Vətənpərvərlik  hissi  psixoloji problemdir,  prosesdir. Bu  hiss ailədə  inkişaf  edir, məktəbdə  formalaşır,  həyatda reallaşır.  Məktəbdə  bu hissi  formalaşdırmaq  üçün biz  XI  sinif şagirdləri  ilə  müntəzəm işləyirik. Onlara  vətənpərvərlik  mövzusunda inşa  yazdırır,  kəndimizin vətən  ugrunda  şəhid olmuş  igidlərindən  ( İ. Qasımov; N. Axundov;  B. Həsənov;  S. Əkbərov   s)  danışırıq. Bu işdə  bizə  məktəbimizin hərbi  hazırlıq  müəllimi E. Cabbarov  kömək  edir. O canlı  döyüş  bölgələrində olduğu  üçün  şagirdlərə maraqlı  faktlar  danışır, onları  vətəni  qorumağa ruhlandırır.  Biz   öz  növbəmizdə  şagirdlərə psixoloqların  təkliflərindən  danışırıq    onlar  maraqla bizə  qulaq  asırlar. Biz  müxtəlif  metodlarla şagirdləri  Vətəni  qorumağa psixoloji  cəhətdən  hazırlayırıq. Ən  gözəl hisslər  ata-anaya  məhəbbət, vətənə  məhəbbət  hissi məktəb  yaşlarından  aşılanmalıdır.  Biz    imkan daxilində  öz  öhdəmizə düşən  vəzifəni  yerinə yetirməyə  çalışırıq.

     Sağlam psixoloji  iqlim  yaratmaq məqsədilə  şagird    müəllim  kollektivlərində şəxsiyyətlərarası  münasibətlərin  öyrənilməsi üzrə    aparmaq  müntəzəm gördüyümüz  işlərdən  biridir. Məktəbdə  qeyri-rəsmi  münasibətlər kifayət  qədər  inkişaf edib.  Onların  əksəriyyəti 30-35  ildir   bir yerdə  işlədikləri  üçün bir-birinin  xarakterini  çox gözəl  bilir. Onlar  öz aralarındakı  qeyri-rəsmi  münasibətləri tənzimləməyi  bacarır,  biz    onlardan məsləhət  alırıq.  Gənc müəllimlər  arasında  da  şəxsiyyətlərarası  münasibətlər normaldır,  fikir  ayrılıqları baş  verəndə  onlar öz  aralarında  bunu  həll  etməyə çalışır.

     Şagirdlərimiz  arasındakı şəxsiyyətlərarası   münasibətləri  öyrənmək üçün  biz  C. Morenonun   Sosiometriya”    “Referentometriya”  kimi   psixodiaqnostik  metodlardan istifadə  edirik. İbdidai   yuxarı  siniflərdə  bu metodlardan  yararlanırıq.  Böhranlı yaş  mərhələlərini  nəzərə alaraq  I  yarım ildə  V,  VII, VIII,  IX  siniflərdə “Sosiometriya”  metodundan  istifadə etmişik.  Ayrı-ayrı  siniflərdə şagirdlərə  vərəqlər  paylamışıq. Vərəqlərdə  2  suala cavab  vermək  təklif olunur.  Cavabların  gizli qalmasına  söz  veririk.

    I  sual: Kiminlə  bir  partada oturmaq  istərdin?

    II  sual: Kiminlə  bir  partada oturmaq  istəməzdin?

     Bu  testə  əsasən  onlarla işləyir    şəxsiyyətlərarası  münasibətləri tənzimləməyə  çalışırıq.

       Müntəzəm  görülən işlərdən  biri  özünütərbiyə,  yaşıdları ilə  qarşılıqlı  münasibətlər sahəsində  problemlərlə  baglı şagirdlərin  fərdi    qrup  halında konsultasiyasıdır.   Özünütərbiyə  özünüqiymətləndirmə   özünüdərkdən  başlayır.  Bu gün  akselerasiya  şəraitində şagirdlər  özlərini  daha tez  dərk  edir, başqaları  ilə  müqayisə edib  qiymətləndirirlər.  Yeniyetməlik dövründə  uşaqlar  üçün böyüklərdən  çox  yaşıdlarının fikri  əsas  olur.

     Biz  hər yaş  dövrünün  psixoloji xüsusiyyətlərinə  uyğun  şagirdlərimizlə  fərdi   qrup  halında konsultativ  işlər  aparırıq. Onlara  müvafiq psixoloji  məsləhətlər  verir. Bəzən  yaşıdlarının  köməyindən   istifadə  edirik.                                                  

      Yenidəntərbiyə  tərbiyədən qat-qat  çətindir.  Ona görə    hər bir  şagird  özünə tənqidi  yanaşmağı  bacarmalı, daim  özü-özünü  tərbiyə etməlidir.  D. Karneqi:“İnsanları  dəyişdirmək   istəyirsənsə,  birinci özündən  başla”.  Beləliklə şagirdlərimiz   öz  davranışlarına   diqqət yetirir, bir-birilə  münasibətdə  daha  nəzakətli    mülayim olmağa  çalışırlar.

     Valideynlərlə  tərbiyənin psixoloji  problemləri  barədə, peşəyönümü  sahəsində   aparmaq   da  müntəzəm gördüyümüz  işlərdən  biridir. Yüksək  pedaqoji-psixoloji  savadı olan  valideynlərlə  işləməyə çalışırıq  ki,  onlar öz  növbəsində  az savadlı  valideynlərlə  söhbət aparsın.  Çünki  şərti nominal  qrup  kimi müəllimə  nisbətən  valideyn valideyni  daha  tez başa  düşür.  Bundan başqa  biz  valideynlərlə fərdi  söhbət  etməyə çalışırıq. Bu  gün  hər bir  valideyn  öz övladını  tərbiyə  etmək üçün  onu  öyrənməli, uşağın    istədiyini, necə  istədiyini  bilməli, onun  hisslərinə  hörmət etməyi  bacarmalıdır.  Biz valideynlərlə  bu  barədə danışırıq.  Yuxarıda  qeyd etdiyimiz  kimi  məktəbimizə yeni  direktorun  gəlməsindən sonra  valideyn-müəllim  əməkdaşlığı möhkəmlənmişdir.  Valideynlər  məktəbə “ögəy”  münasibət  bəsləmir. Bizim    görməyimiz üçün    normal şərait  yaranır.

     Təlimdə geri  qalan  şagirdlərlə işləmək,  onlarla  korreksiya işləri  aparmaq   da müntəzəm   gördüyümüz   işlərdən biridir.  Təlimdə  geridə qalmanın  3  səviyyəsini  müəyyənləşdirirlər:

    Ümumi   geridə qalma;

     Xüsusi   geridə qalma;

      Epizodik   geridə qalma;

      Bizim  məktəbdə  ümumi   geridə   qalma  azlıq   təşkil  edir. Əsasən  xüsusi  geridə qalma  üstünlük  təşkil edir. Bu  da  uşaqların ali  məktəb  imtahanlarına hazırlaşması   ilə  bağlıdır. Artıq   VIII  sinifdən başlayaraq   şagirdlər  müvafiq  qruplara  hazırlaşır    öz  qrupuna  daxil olan  fənnləri  yüksək səviyyədə  oxuyur,  onlara xüsusi   maraq  göstərir, digər  fənnlər  isə kölgədə  qalır.  VIII  sinfə  qədər  isə  epizodik  geridə qalmalar  üstünlük  təşkil edir.  Yəni  şagird  gah  bu,   gah da  digər  fənndən geri  qalmağa  başlayır. Bəzən  şagirdin  bu  vəziyyətinə  səbəb valideynin  biganə  münasibəti, hər  şeyi  müəllimdən gözləməsi  olur. Biz  ayrı-ayrı siniflər  üçün  müxtəlif vaxtlarda  konsultativ   saatlar təşkil  edir,  onlara bütün  fənnlərə  yiyələnməyin zəruriliyindən   danışırıq. Təbii  ki, bu  gün  biz informasiya  cəmiyyətində  yaşayırıq. Hər  gün  çoxlu informasiyalar,  internet  əlaqələri, kompüter  bizim  yaxın dostumuza  çevrilir.  Buna görə    biz şagirdlərimizə  asudə  vaxtlarını düzgün  təşkil  etməyə   keçirtməyə  köməklik göstəririk.

     Təlimdə  geridə qalmanın  qarşısını  almaq üçün  məktəbdə  fizika (  27. 10. 2011)     kimya  ( 2.  12. 2011)  gecələri  keçirildi. Tədbirlərdə  VIII-XI  sinif  şagirdləri   iştirak  edirdi. Təlimdə  geri  qalan uşaqlar  da  tədbiri böyük  maraqla  izləyirdilər. Məktəbdə  keçirilən  tədbirlər şagirdlərin  yaş  xüsusiyyətlərinə  tam uyğundur.  Direktorumuzun  təşəbbüsü ilə  Kukla  teatrı təşkil  olunmuş    hazırlıq,  I  sinif şagirdləri  böyük  maraqla bu  teatra  tamaşa edirlər.

     Bundan  başqa  ibdidai  siniflərdə  biz şagirdlərin  şəxsi  keyfiyyətlərini  öyrənmək üçün  testlər  keçırir   cavablar  hər bir  şagirdin  portfoliumuna qoyulur.

      Ölkəmizdə  bütün sahələrdə  baş  verən uğurlu  dəyişikliklər  bir daha  ümummilli  lider  H. Əliyev  dühasının  yaratdığı siyasi  kursun  düzgün   davamlı  olduğunu göstərir.   XXI  əsr psixologiya  əsridir.  İnanırıq ki,  yaxın  gələcəkdə Psixoloji  Xidmət  sahəsində daha  uğurlu  nəticələr əldə  olunacaq   insanlar  ondan  yararlana biləcək.

 

Создать бесплатный сайт с uCoz