|

Xocalı faciəsi (Ailə dramı) Rəhman və Rəhimlə baslayim sözə Yaşadıq dərdlərə hey dözə-dözə Fəxr etdik yurdumuz, diyarımızla Öyündük qeyrət və vuqarımızla Xalqımız nə qədər zülüm görübdü. Ölümdən də betər ölüm görübdü. Göz üstündə düşmənə yer vermişik Yaxşılıq əvəzi pislik görmüşük O vəhşi yağılar nələr etdilər? Şirin ömrümüzü zəhər etdilər. Bu dəfə tarixə salaraq nəzər, Yarandı gözümdə canlı bir əsər. Günahsız qaçqınlar çıxmır yadımdan, Ayıl ey millətim bu fəryadımdan . Yazıram sözümü hər vətəndaşa, Ömür az olsada kişi tək yaşa. Kiminin anası, kiminin yarı, Düşməndə qalıbdı oyanın barı Bu xalqın taleyi belə uğursuz Nifrəti, qəzəbi necə boğursuz? Hanı qoç Koroğlum,hanı Babəkim Səsləyim onları bir haray çəkim Qoy qulaq assınlar bu söhbətimə Yağılar zülm edir məmləkətimə Olmuş hadisəni nağıl eyləyim Qəlbimi boşaldıb size söyləyim Əli Xocalıya alıb təyinat Müəllim işləyirdi burda çox rahat Bu orta məktəbdən xoşlandı düzü Fəridə müəlliməyə düşmüşdü gözü Sevgili oldular onlar nəhayət Evlənib qurdular gözəl ziyafət Sevənlər içinə düşdü adları Fuad da doğuldu ilk övladları Beş il sonra Ləman gəldi dünyaya Ailənin sevinci ucaldı aya Xoşbəxt yaşadılar deyib güldülər Olanda dərdini birgə böldülər Üstündən on ildə keçdi beləcə Gör Allah qisməti yazılıb necə Günlər bir-birini əvəz edirdi Fevralın sonuna doğru gedirdi Xocalıya soxulmuşdu erməni Deyirdi bu torpaq mənimdir yəni 25 fevralda, bax, həmən gecə Həmən “qan içənlər” gəlmişdi gücə O günü Əli də evə gəlirdi Fəridə Fuada dərsöyrədirdi Ərini gördükdə durdu ayağa Süfrə qoymaq üçün gəldi qabağa Əli “toxam” deyib bir çay istədi Fəride çay verib bir pay istədi Bir öpüş payıydı onun adəti Uşaqlar görməsin öpdü xəlvəti Sən demə bu öpüş son öpüşüydü Əlinin evdəki son gorüşüydü Fəride Əliyə diqqətlə baxdı Əlinin gözündən damcılar axdı Fəridə söylədi nə olub əzizim Dedi: həyəcandan titrəyir dizim İki gecə əvvəl pis yuxu gördüm Səni öldürdülər sonra mən öldüm Deyəsən bu gece çıxacaq yuxum Nə təhər eyləyim necə vurnuxum Erməni dığalar giribdi kəndə İndidən vəsiyyət eyləyim mən də Al bu tüfəngimi götür özünlə Fuadı Ləmanı apar izinlə Düşmən yaxınlaşsa sizlərə əgər Tüfənglə qızımı öldür, müxtəsər. Sonra da özünə vurub gülləni Bir sözlə qeyrətsiz etməzsən məni Mənsə son anadək vuruşacağam Qeyrətim pakdırsa demək ki, sağam. Əlinin yarıda qaldı söhbəti Düşmənler başladı bu müsibəti Gecə sükutunu pozdu güllələr Göylərə ucaldı ahu-nalələr Əli də tələsik yır-yığış etdi Nəhayət ayrılıq məqamı yetdi Dediki Fəridə qulaq as mənə Demişəm bir dəfə deyirəm yenə Düşmənin əlinə sağ vermə qızı Ölsəndə tək-tənha göndərmə qızı İndi gəl ayrılaq getməlisiz siz Gedərkən düşmənə buraxmayın iz Bu qarlı, boranlı bir qış gecəsi Kəsilmir ətrafdan güllənin səsi Fəridə, Fuad və bacısı Ləman Getməyə qoymurdu onları tufan “Qaçqın karvanı”na qoşulmuşdular Uşaqlar anadan bərk tutmuşdular Fəridə arabir dala çönürdü Alovlanmış kəndlərini görürdü Nəfəs kəsilirdi o gedə-gedə Bronxlardan xəstə idi Fəridə Artıq son nəfəsdə belə söylədi Əli edən vəsiyyəti eylədi Fuada tapşırdı, al bu tüfəngi Ömrümün çalınır sonuncu zəngi Ey oğul bacından olki muğayat Düşmənin əlinə vermə salamat Öldür öz bacını üzmə özünü Yaddan çıxartma sən ata sözünü Fuad ağlayaraq qışqırdı “ana!!!” Axıtdı gözündən yaş yana-yana Ana qurban olum ölmə nə olar Balaca Ləmanın köməksiz qalar Söylədi, qışqırdı Fuad ucadan Bir sürü erməni çıxdı qayadan Əcaib-əcaib bərk gülürdülər Sanki tapmışdılar iz, gəlirdilər Fuad xatırladı atasın sözün Tüfəngi tuşladı yumaraq gözün Öz doğma bacısın al-qan eylədi Gözünün yaşını giryan eylədi Ləman, Ləman deyib çağırdı Fuad Köməyə çatan yox, eylədi imdad Sərildi Ləmanın üstünə o da Keçmiş günlərini salaraq yada Hönkürüb ağladı göz yaşı tökdü Fuadın gözunə qaranlıq çökdü Onu da don vurub dondurmuş idi Əbədi dünyaya qovuşmuş idi Əsdi qara yellər, çalındı neyi O xoşbəxt ailənin bu cür taleyi Bu cür bir qisməti var imiş demə Çevrildi hamısı qurd-quşa yemə Neçə ailə dağıldı bil həmən gecə Bu millət bunları unutsun necə? Təəssüf unudurlar çoxları bunu Nəhayət çatıbdır yazımın sonu Yazmaqla bilinki budur niyyətim Unutmasın bu tarixi millətim Yüz dəfə sevinib, gülsəkdə qardaş Bir dəfə gözümüzdən axmalıdı yaş Neçə şəhidimiz qaçqınımız var Bunları düşünək gizlin və aşkar İntiqam hissiylə doludur ürək Oxucum sözümü anlasın gərək Düşmənə göstərək hünərimizi Tezliklə çalarıq zəfərimizi Bununçün Allaha yalvarıram mən Rəhman Rəhimlə də qurtarıram mən. Eldar İlqaroğlu 26.02.2005
|
|