Həşimov Elşən Qiyas oğlu Həşimov Elşən Qiyas oğlu 1988 – ci ildə Boladi kənd orta məktəbini bitirmiş, Xarkov şəhərində yerləşən Raket Qoşunlarının Ali Hərbi Komandirlər-Mühəndislər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Ukrayna Silahlıqüvvələrində aparılan struktur islahatlarından sonra təhsilini Xarkov Hərbi Universitetində davam etdirmiş və 1994-cü ildə oranı “qızıl medalla” və fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir. Rəisləri onu buraxılışdan sonra Universitetin adyunkturasında (aspiranturada) saxlamaq istəsələr də, o, imtina etmiş, qoşunlarda – raket diviziyasında xidmət etmişdir. 1995-ci ildə qəbulimtahanlarını əla qiymətlərlə verərək əyani adyunkturaya qəbul edilmiş, 1998-ciildə oranı müvəffəqiyyətlə bitirərək həmin Universitetin müəllimi kimixi dmətini davam etdirmişdir. 1998-ci ilin dekabrında dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən “texnika elmləri namizədi” alimlik dərəcəsinə və diplomuna layiq görülmüşdür. © Boladim ÜnvanLənkəran rayon Boladi kəndАдрес: Lənkəran rayon Boladi kənd Телефон: Telefon: +994 70 340 40 97 E-mail: E_poçt : seyranaliyev@mail.ru |
Məktəbimizin facebook səhifəsi |
|
|
|