Узнай свой IP адрес
Internet sürətini ölç
Kompüterini online Antivirusla yoxla
Проверить

 Kəndin ortasında, sakit bir guşədə yerləşən Boladi kənd tibb məntəqəsində hazırda 44 nəfər işçi çalışır. 5 həkimi, 22 tibb bacısı olan bu məntəqə köhnə binada yerləşsə də, səliqə-səhmanı, nizam-intizamı hələ də saxlayır. Həkim məntəqəsinin müdiri Qəhrəman Hüseynov doğma kəndi haqqında ürək dolusu danışmaqla bərabər, öz işlərindəki çətinliklərdən bəhs etməyi də unutmadı:

  -Kənddə 10 və daha çox uşağı olan 40 nəfərə yaxın "Qəhrəman ana" yaşayır. Bizim ailələr çox uşaqlıdır axı. Biz də çalışırıq kənd sakinlərinin sağlamlığına bacardığımız qədər nəzarət edək. Profilaktiki işlərə xüsusi önəm verilir. Buna baxmayaraq böyrək, ürək-damar, baş-beyin təzyiqi kimi xəstəliklərə tez-tez rast gəlinir. Hələ mən Rusiyanın şəhərlərində tək və ya ailəli yaşayan həmkəndlilərimi demirəm. 

Heç şübhəsiz ki, onlar da kəndə tam sağlam qayıtmırlar. Kənddə xəstəxana olanda onların böyük bir qismini özümüz müalicə edirdik. İndi xəstəxananı məntəqə səviyyəsinə endiriblər. Niyəsini özümüz də bilmirik. Daha yaxşı olardı ki, xəstəxananın genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə tədbirlər görsünlər, nəinki böyük bir kəndin xəstəxanasını məntəqə ilə əvəz etsinlər. Axı qonşu kəndlərin xəstələri də bizə üz tuturdular...

Doğrudan da böyük bir kəndin xəstəxanasını ləğv etməyə görəsən səbəb nə olub? Bir də nəyisə məhv etmək çox asandır, nə qədər çətin olsa da, onu qurmaq, böyütmək daha məqsədə müvafiqdir. Yoxsa inkişafdan, tərəqqidən danışmağa dəyməz ki.

© Boladim

Ünvan

Lənkəran rayon Boladi kənd

Адрес: Lənkəran rayon Boladi kənd


Телефон: Telefon: +994 70 340 40 97

E-mail: E_poçt : seyranaliyev@mail.ru

Создать бесплатный сайт с uCoz